Xoylular aksiya keçirməyə məcbur edilir

Xoylular aksiya keçirməyə məcbur edilir
 

Hökumət nümayəndələri Xoyda zəlzələdən zərər çəkənlərin fevralın 11-də İslam İnqilabının ildönümü münasibətilə keçiriləcək mərasimlərə cəlb edilməsi üçün hazırlıqlara başlayıblar.

Bununla bağlı sosial mediada paylaşım edən güneyli fəallar məlumat yayıblar.

"Hökumət məmurları ağır şəraitdə olan vətəndaşların durumundan sui-istifadə edərək onların inqilaba dəstək aksiyalarına qoşulacaqları qarşılığında konteyner sığınacaqlara yerləşdiriləcəkləri barədə vədlər verirlər", - məlumatda deyilir.

Qeyd edək ki, İranın rəsmi mediası, o cümlədən İRNA və başqa xəbər saytları da Xoy əhalisinin dəstək aksiyalarına hazırlaşdıqları barədə geniş təbliat materialları yayıblar.

Cavid

0.042897939682007