Bizə oxşayıb, bizdən olmayanlar

Bizə oxşayıb, bizdən olmayanlar
 

Belə bir deyim var, həyatın boyu səhvlərə yol verməmək üçün gərək nəfsi tərbiyə etməyi bacarasan. Amma bu  asan deyil. Yəni kim desə kiasandı, bilin ki, onun məsələnin mahiyyətindən qəti xəbəri yoxdu.

Nəfsi tərbiyə etmək çətin olsa da mümkündü, yalnız mücadilə yolu ilə. Bu barədə Mövlanənin də tövsiyəsi var. Deyir: Bir həmlə edək, qırıb tökək, bu qara üzlü, bu pis təbiətli nəfsi yox edək getsin!.. Lakin bu mücadilə asanlıqla başa gəlmir. Çünkibüt qırmaq asandır, amma nəfsi tərbiyə etməyə asan kimi baxmaq cahillikdir”.

Müşahidələrim bunu deməyə əsas verir ki, gündəmi gündəlik hadisələrdən çox, insanların acgöz, fürsətcil olması ilə bağlı fikirlər, aforizmlər, araşdırma yazıları daha çox zəbt edir. Bu, bir tərəfdən yaxşıdı ona görə ki, belə yazılar təhlükənin aşkarlanmasına müəyyən qədər kömək edir. Amma mənfi tərəfi də var, sanki adamda ruh düşkünlüyü yaradır, ən yaxın çevrəndən belə, şübhələnməyə başlayırsan. Bax, işləri korlayan da elə məsələnin bu tərəfidir. Bunları ucdantutma hamıya şamil etmək də doğru deyil. Ümid edirəm ki, fərqli düşünənlər var...

Məsələn, inanıram ki, dünyamızda baş verən pisliklərin aradan qaldırılması üçün çalışan qəlbi xeyirxah duyğularla dolu, niyyət əməllərinin qayəsində kimlərəsə yaxşılıq etmək olan, sülhpərvərlik duyğularıyla yaşayan, bəzən gündəlik planında kiminsə əlindən tutmaq çabasıyla yaşayan, niyyəti yalnız yardımlaşmaq olan kimsələr çoxdu, yəni tamamilə yox deyil.

Əslində bu dəfə əsas işimiz bu sadaladıqlarıma «yox» deyənlərin səbəbini araşdırmaqdı.

Son vaxtlar yüksək vəzifələrdən çıxarılan məmurların sahib olduqları sərvətlərin siyahısının mətbuatda işıqlandırılması az qala vərdiş halı alıb. Yəni belə xəbərləri arada görməyəndə,eşitməyəndə ağlımıza min bir fikir gəlir. Adət halını almış sərvət siyahılanması xəbərini duyduqca adamın başı gicəllənirDəyəri milyonlarla ölçülən mülklər, yalnız filmlərdə gördüyümüz lüks avtomobillər, nağıllardakı yerlərə bənzər şadlıq sarayları, hektarlarla ölçülən torpaq sahələri, təkcə terası 500 kv.metr olan böyük mənzillər, axşama qədər dərman adıyla zəhər satılan apteklər, vaxtı keçmiş məhsulların yeni tarixlə etiketlənib satıldığı marketlər, qədər höccələsəm rəqəmi deməyə dilim dönməyən bank hesabları s. nələr, nələr...

İşin maraqlı tərəfi odur ki, bunlar nə qədər ki, vəzidəfə olurlar, həmin siyahı üzə çıxmır, elə ki, vəzifədən çıxarılmaq ehtimalı olur onda 2-3 ay əvvəldən başlayırlar bu sərvətlərin siyahısını tirajlamağa.

Bax, adəm övladının yuxarıda sadalayarkən deməyi unutduğum pis cəhətlərindən biri budur. Gözləyirik ki biri yıxılsın baltalayaq sonra da sərvətini ortaya çıxarıb qoyaq. Çox iyrənc plandı...

Bu xüsusiyyətlər məcbur edir ki, meşədəki, küçədəki yırtıcıdan deyil, məhz insandan, özümüzə bənzəyən bu yırtıcılardan qorxaq, ehtiyat edək...

ddindən çox sərvətə sahib olanlardan soruşmaq istəyirəm ki,   qədər yesən, geysən, gəzsən bitməyəcək bu qədər sərvəti, var-dövləti neyləyəcəksiz? Mən bilən hərədə 1-cə qarın var,  sizinkinin sayı məgər 1-dən artıqdı? Axı İnsanın ömrü çatmır bu qədər pulu, paranı tükətməyə. Ha özünə əl qatasan, çalışıb-vuruşasan yaş 90-dan o yana getmir.

Axı yaxşı vəzifələrdə çalışan, yüksək maaş alan, hər cür şəraitlə təmin olunan, ailəsinə, övladlarına hərtərəfli gün-güzəran quran, hətta nəvə-nəticə, kötücələrinə qədər bəs edəcək mala-mülkə sahib olanların nəfsi, gözü niyə doymur?

Heç kimə gizli də deyil topdağıtmaz sərvətləriniz çalışdığınız vəzifələrdən sui-istifadə sayəsində əldə etdiyiniz... 

Vəzifəyə yanaşmanın belə olmadığını bilə-bilə... Həvalə edilən vəzifəyə yanaşma tərzi, vəzifənin insan üçün  imtiyaz sayılmadığını bilə-bilə...

Çoxdan belə bir rəvayət eşitmişdim: Bir qurd yeni doğulmuş körpə balalarını düşməndən qorumaq üçün yuvasının ağzından heç ayrılmazmış. Günlər, həftələr ötür, balaların doğulmasından 40 gün keçir. Balalarına yavaş-yavaş ov heyvanlarının ətindən qoxuladır, kiçik parçalara bölüb daddırır, elə kibahar gəlir ana balalarını həyata hazırlamaq məqsədilə bir gün çöl düzünə çıxarmağa qərar verir. Ürkək, yıxıla-dura addımlarla torpağa ilk ayaq basan körpə qurdlar isti yuvalarından ilk dəfə ayrıldıqları üçün çox həyacanlı olurlar. Amma onların bu çəkingən halları uzun çəkmir. Balalar gah yüyürür, gah yıxılır, gah tullanır bu şəkildə təbiətin dadını çıxarmaq əsnasında anaları boş qalmayıb; bu çiçəkdi, bu böcəkdi deyib təbiətdəkilərlə tanış edir balaları. Arada bəzi təhlükələrə qarşı tədbirli olmalarını da öyrədir. Balalar yeni şeylər  öyrəndikləri üçün maraqla dinləyir. Xeyli gəzdikdən sonra, ana qurd yönünü dağlara, qayalıqlara tutur ki körpələrini həm qayalıqlarda yeriməyi öyrətsin, həm düşmənə qarşı necə tədbirli olmağı gizlənməyi. Ana  balaları qayaların arasındaykən aralarında belə bir söhbət keçir:

-Anacan orda uzaqda gördüyümüz o sürü halında gəzənlər nədir?

Onlar qoyunlardı, zərərsiz, təhlükəsiz heyvanlardı, onlardan qorxmağa çəkinməyə gərək yoxdur. Onlar bizim bəslənməyimizi təmin edirlər.

Bəs o yanlarında duran əli çomaqlı kimdir?

Yavrum o da həmin qoyunlara baxan çobandı. Onun əlində zopası olduğu üçün bir az diqqət etmək lazım. Ola ki, çoban sürünün bir ucundan digər ucuna gedər, bax, onda biz övumuzu çoxdan ovlamış olarıq.

- Yaxşı bəs o çobanın yanında duran o bizə oxşayan nədir?

Bu sorudan diksinən ana qurd dərin bir ah çəkib deyir:

- mənim balam, o bizə bənzəyənə hər zaman, həm lap çox diqqət etməlisən. Bizə bənzər olan çobanın itidi, yəni ən böyük düşmənimizdi. Bax, nəbadə bizə bənzəyir deyə ona aldanmayasanDüzdü bizə bənzəyir, bizim kimi görünür, amma əlinə fürsət düşən kimi əsla acımaz, dişlərini qıcıb param- parça edər səni.

Bəli, əziz oxucular, ümid edirəm hekayəni xatırlatmağımın səbəbini anladız. O qurdun da dediyi kimi, əvvala görünüşə aldanmayaq. Çünki aramızda elələri var ki, yuxarıda qeyd etdiyim  "məmurkimilər" bizlər kimi geyinib, bizlər kimi gəzib dolaşdığı   davrandığı halda  əsla bizlərdən deyillər. Hətta onlar məqsədli şəkildə bizim anlayacağımız dildə danışar, bizim istifadə etdiyimiz dini, milli simvolları hiyləgərcəsinə guya vətənə vurğunmuşlar kimi istifadə edirlər ki, çobanın iti kimi əllərinə vəzifə fürsəti düşəndə haqqımızı mənimsəsinlər. Bir az ayıq olaq ki, aldanmayaq, haqqımız olanı bizəbənzərlər əlimizdən almasınlar. Onlar bizə bənzəsələr  əsla bizlərdən deyillər!

Həzrəti Əlinin (ə.s) də bu məsələylə bağlı gözəl fikri var. Deyir: "Ən təhlükəli düşmən bizə bənzəyib bizdən olmayanlardı. Bəşəriyyət, insanlıq onlara görə çox əziyyət çəkir."

 Çingiz xan isə deyib ki; -İçindəki düşməni yenə bilməyən bir xalqın ordusu qədər güclü olursa-olsun, əsla heç bir zəfər qazana bilməz."

Çox uzatmağa gərək yoxdu, dostlar. Onsuz da arif olan demək istədiyimi bilir.

Allah bizi bizdən olmayanlardan, onların şərindən, fitnəsindən, dedi-qodusundan qorusun!

Şahnaz Salehqızı

[email protected]

 

0.018541097640991