Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə tabe olan bağçada yeyinti - İddia

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə tabe olan bağçada yeyinti - İddia
 

Turantv.az saytın elektron poçt ünvanına Gəncə təhsili haqqında rüşvət faktı ilə bağlı Aynurə Mehdiyeva adlı şəxs tərəfindən məlumat daxil olub.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində 1,500 min manatlıq pul silinməsi əməliyyatı aparılıb….

Adı çəkilən Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin tabeçiliyində olan Samux rayon məktəblərinə və uşaq bağçalarına “XAMA” deyilən ərzaq adı altında 1,500 min manatlıq pul silinməsinə yol verilib.

Məlumatı sabiq məktəb direktoru, youtbe sosial şəbəkələrdə çıxışı zamanı bildiribdir. Onun sözlərinə görə Təhsil şefi Anar Qədiməliyev və onun müavini belə bir qanunsuzluğa yol veriblər.

Digər verdiyi məlumata görə, Samux rayon Təhsil İdarəsinin baş mühasibi İlhamə Muradova yuxarıda qeyd etdiyimiz, 1,500 min manatı Anar Qədiməliyev və onun müavininə şəxsən öz əlləri ilə verib.

Bunun məlumatın nə qədər doğru olması üçün araşdırma tələb olunur.

Hesab edirik ki, Baş Pokurorluq, Baş Prokurorluq yanında Korrupsiya İdarəsi, Maliyyə Nazirliyi Gəncə -Daşkəsən Region Təhsil İdarəsində araşdırma aparsa yazılanlar öz təsdiqini tapar.

P. S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Turantv.az

0.025156021118164