Paşinyan uşaqlıqdan cığal imiş, istədiyini verməyəndə ağlayırmış
Asif Nərimanlı:
Uşaqlığı İrəvanda keçən prodüsser Oqtay Əliyevin danışdıqları Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlarda özünü cığal uşaqlar kimi aparmasının, tezdən bir, axşam başqa söz deməsinin izahı baxımından maraqlıdır.
“İrəvanda Qarabazarın arxasında həyət evində yaşayırdıq. Bizdən 3-4 ev aşağıda Nikol Paşinyanın əmisigili yaşayırdı. Yay ayında şəhər uşaqları rayona gedirdi, rayon uşaqları şəhərə gəlirdi. Onun da anası ölmüşdü, atası da ikinci qadın almışdı. Bu da bir az problemli uşaq idi. Dəli deyildi, amma uşaqlar var ki, nəsə istəyir, almayanda özünü yerə-göyə vurur, ağlayır.
Mənim qardaşımla eyni yaşda idi, hərdən birlikdə oynayırdılar. Bir dəfə də qardaşımın velosipedini götürüb qaçmışdı. Demişdi ki, ver sürüm, qardaşım da velosipedini vermişdi, sürüb aradan çıxmışdı. Nənəm axşama kimi gözlədi, gələn kimi velosipedi ondan aldı. Bir-iki dənə şillə-təpik də yemişdi. Uşaq vaxtında cığal bir uşaq idi”.
Oğurluğu ilə də tanınan Nikolun yalnız gücdən (şillə-təpik) anladığını son iki ildə hər kəs görüb.
Paralel.az