Ssenarist və rejissorların məqsədləri nədir?

Ssenarist və rejissorların məqsədləri nədir?
 

Qarşıdan milli televiziyamızın yaranmasının ildönümü gəlir. İlk dəfə xalq artisti Nəcibə Məlikova "Göstərir Bakı" kəlməsi ilə televiziyanın fəaliyyətə başladığını elan edib. Milli televiziyamızda İlk film kimi "Bəxtiyar" filmi nümayiş olunub. beləliklə, Azərbaycanda ilk televiziya öz fəaliyyətinə başlayıb. Yarandığı gündən televiziyanın əsas missiyası dövlətə xalqa xidmət olub. Başlanğıc heç asan deyildi, böyük çətinliklər ortaya çıxırdı. Xüsusən peşəkar kadrların çatışmazlığı şəraitində televiziyanın fəaliyyətini davam etdirmək çətin idi. Televiziyaya radio qəzetlərdən mütəxəssislər dəvət olunurdu, lakin yenə kadr çatışmazlığı yaşanırdı.

Televiziya tam fərqli, yeni bir sahə olduğundan burada təcrübəli işçilərə çox böyük ehtiyac vardı. Lakin o zaman bu sahə üzrə ixtisaslı kadrlar tapmaq müşkül məsələ idi. Zaman keçdikcə, milli televiziyamız da öz komandasını formalaşdıra bildi.

Sovetlər dönəmində xalqın dünyagörüşü bədii-estetik zövqünün formalaşmasında əsaslı rol oynayan televiziya Azərbaycanda da  çətin mürəkkəb inkişaf yolu keçərək, tədricən kütləvi əxlaq xarakter psixologiyasından milli dirçəliş, oyanış düşüncəsinə çevrilib. Əvvəl "ev kinosu" kimi dəyərləndirilən televiziya inkişaf etdikcə cəmiyyətin ictimai-siyasi, mədəni həyatının bir parçasına çevrildi. İnsanların məlumatlandırılması, maarifləndirilməsi əyləndirilməsi funksiyalarını uğurla üzərinə götürdü. Məsələn, 1991-ci ilin çox diqqət çəkən verilişlərindən biri "Televiziya tamaşaçılarının suallarına cavab verirlər" adlanırdı. Bütün bu veriliş proqramlarla milli televiziya xalqın həyatının bir parçasına çevrilmişdi.

Bir sıra sənət növlərinin sintezindən yaranan  normal  filmlər insana zövq verməklə bərabər həm informasiya verirdi. Bütün parametrlərə uyğun çəkilən filmlərin maarifləndirici  imkanları çox geniş idi. Görürsünüz, bura qədər keçmiş zamanda yazıram... 

Gəlin görək, bu gün milli televiziyamız eyni missiya amalla çalışırmı?  teledebatlar, tok-şoularlar milli ruhun möhkəmlənməsinə xidmət edirmi?

Bu fikirləri demək olar ki, hər gün eşidirsiniz, yeni heç demiyəcəm. Sadəcə televiziyanı bərbad edən seriallardan onların ərsəyə gəlməsində başlıca rolu olan ssenaristlərdən danışacam.

Məşhur Kanadalı psixoloq, sosial öyrənmə özünə faydalılıq nəzəriyyəsi işi üzrə tanınan Albert Bandero deyir ki, uşaqların yeniyetmələrin televiziya filmləri seriallarındakı modellərin emosional reaksiyalarından təsirlənərək yeni davranış tərzi götürdükləri diqqət çəkib.

Televiziya proqramlarında, xüsusilə seriallarda baş rol ifaçısı kimi önəmli rolları oynayan şəxsiyyət xarakterlərin izləyicilər tərəfindən örnək alınması, o modelə uyğun davranış vərdişlərin yaranması, ona bənzəməyə çalışmaları qeydə alınıb.  

Amma lakin...

Gəlin görək, bizdə bu sahədə vəziyyət necədir. hikmətdisə hər tv serialında bir aldatmaq epizodu, kadrı, söhbəti olur. Bu istər Azərbaycan tv seriallarında olsun, istərsə yabancı, mütləq olur. Ən maraqlısı da odur ki aldadan tərəf deyil, aldadılan tərəfin xarakteri ssenarist tərəfindən elə pis qələmə alınır ki, onlar sanki bununla xalqa haqqedirmiş mesajını  verir. Əminəm ki bunun demək olduğunu yaxşı dərk edirsiz.

olur-olsun pislik, bir qadının yaxud kişinin aldadılmasını haqqermiş kimi göstərməkdir məqsəd. Hələ bu azmış kimi, ssenarist aldadan tərəfi elə təqdim edir ki,  guya yumşaq qəlbli, xoş niyyətlidir. Bu yaraşıqlı, qəd-qamətli varlığı ssenarist əsla evyıxan kimi göstərmir. Mentalitetə bir bax. Başıboş izləyici bu anormallığı dəstəkləyərək alqışlayır, bunun bir faciə olduğunu sanki anlamır.

Mən internet sürətlənən dövrdən demək olar ki, tv- baxmıram. Ancaq istər sosial şəbəkələrdə, istər ətrafda məcbur formada bəzi dialoqlar qısa da olsa qarşıma çıxır qədər təhlükəli olduğunu sezirəm.

Çağrılmayan qonaq sayılan telekanalların evlərə gətirdiyi bu seriallarla bağlı narahatçılıq  əslində çoxdan başlayıb.  Həqiqətən belə seriallar bəzi insanların həyatlarının ayrılmaz hissəsinə çevrilib. Bu təkcə evdar qadınlara yaxud yaşlı insanlara aid deyil. Bu «xəstəliyə» kişili-qadınlı, qocalı-cavanlı çoxları tutulub. Hətta yuxarıda qeyd etdiyim psixoloq Albert Bandero dediyi kimi bu, yeniyetmə gənclərin dünya görüşünə, əxlaqına, davranışına qədər təsir edir. Başa düşdüyüm gəldiyim qənaət budur ki, Azərbaycanın teleməkanında  bu tip ssenarilər əsasında çəkilmiş serialların yayımlanmaması mümkünsüzdür. Çünki Azərbaycanda  milli serialın uğurlu çəkilişi, geniş  satışı ciddi reytinq qazanmasına hələ təəssüf ki,  çox var. Bəlkə heç vaxt olmayacaq. Bunu zaman göstərəcək.

Məhz bu boşluğun nəticəsidir ki, bir zamanlar Cənubi Amerika, son dövrlər isə Türkiyə Hindistan filmləri Azərbaycanda hələ yayımlanır. Əcnəbi teleserialların, ümumilikdə, filmlərin  bizim tv-lərdə nümayiş olunması  faciəli hadisə deyil. Bəla burasındadır ki, bu acı bağırsaq kimi uzanan ssenarilərin yerinə normal bir sənət nümunəsi təqdim olunsa daha yaxşı olar. Bu filmlər yalnız  ucuz olduğuna görə Azərbaycan bazarına çox asanlıqla  daxil ola biliblər.

Telekanallara lazımdır? İlk baxışda hər şey normal görünür. Azərbaycan dilinə   tərcümə olunmuş  seriallar  var, auditoriya var, serialın nümayişi zamanı  kifayət qədər reklam var. Belə demək mümkünsə onlar efiri doldurmaqla bərabər həm   reklamdan yaxşı qazanırlar. Burada itirən isə  bilərəkdən yaxud bilməyərəkdən  həmin ucuz filmlərin  aludəçisinə çevrilənlər olur. Bunun fəsadları  artıq hiss olunmaqdadır.

Bəs onda bu yazıq xalq etsin?  Özümüzün məhsulumuz yetərli deyil, əcnəbilərin çəkdikləri ki belə...

Teleseriallarımız  o qədər bərbad gündədir ki,  vallah baxanda adam xəstələnir, şəxsən hiss edirəm ki,  analiz üçün baxsam da belə, yenə immunitetim zəyifləyir izlədikcə. Burada ssenaridən tutmuş  aktyor seçiminə qədər   bütün məqamlarda qeyri-peşəkar yanaşma var. Əsla hansısa bir kino məktəbi keçən kadrlara rast gəlinmir. Bilirik ki, iqtisadi çətinliklərə görə  bəzi istedadlı insanlar bu sahədən uzaqlaşdılar. Yəni aldığı məvacıb onların yaşamasına uyğun, sərfəli deyildi.  Ancaq  bütün bunlar çox ciddi məsələ olsa da tamaşaçını maraqlandırmır. Tamaşaçını maraqlandıran yalnız tv-  nümayiş olunan  son məhsuldur. Bu məhsul isə göz qabağındadır.

Amma heç unutmuruq ki, bizim ölməz sənətkarlarımızın iştirakilə çox  yaxşı  milli kino ənənələrimiz olub. etiraf edək ki, həmin filmlər böyük bir nəslin yetişməsində çox böyük rol oynayıb. Dəyərli sənətkarımız Ramiz Əzizbəylinin çəkdiyiBəxt üzüyübədii filmi  20 ildən  atrıqdır ki, nümayiş etdirilir. Tamaşaçı məmuniyyətlə  hər dəfə  bu filmə baxır.  İndi film çəkən  şəxslər bu barədə düşünməlidirlər. Sanballı filmlər, seriallar qoymaq lazımdır ortaya. Ona görə   bu peşəkarlara həvalə edilməlidir. Azərbaycanın kino iqtisadiyyatının formalaşmaması  bu sahədə problemləri dərinləşdirir.

Kino sahəsində ssenari yazmaqdan, aktyor seçimindən tutmuş menecment, marketinq işinə qədər bütün bu məsələlər yenidən araşdırılmalıdır. Nəhayət kino iqtisadiyyatının formalaşması inkişafı  ilə bağlı ciddi addımlar atılmalıdır.

 

0.014912843704224