Azərbaycanın əsas düşmənləri Ermənistan, rüşvət və korrupsiyadır

Azərbaycanın əsas düşmənləri Ermənistan, rüşvət və korrupsiyadır
 

Ermənistan, rüşvət korrupsiyadır

10 noyabr 2020-ci il tarixdə Rusiya, Azərbaycan Ermənistan arasında atəşkəs bəyanatının imzalanmasından 2 il 3 aydan çox vaxt keçir. Bəyanatda əks olunmuş müddəalar Ağdam, Kəlbəcər Laçın rayonlarının döyüşsüz Azərbaycana təhvil verilməsitələbi bəyanatda göstərilən vaxtda icra olundu. Bundan sonra Ermənistan üçtərəfli bəyanatda üzərinə götür-düyü öhdəlikləri yerinə yetirmir. Rusiya sülhməramlıları da üçtərəfli bəyanatda Azərbaycana aid olan maddələrin yerinə yetirilməsinə əhəmiyyət vermir. Cənubi Qafqazı nəzarətdə saxlamaq Ermənistanın qanunsuz torpaq iddiasının təmin olunmasına xidmət edir.

Hazırda Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq təklifi üzərində dayanıb. Lakin Ermənistan xarici havadarlarının göstərişilə sülh müqaviləsi bağlamaqdan imtina edir, silahlanır, Azərbaycanla müharibəyə hazırlaşır. Azərbaycan isə, həm Ermənistano, həm onun xarici himayəçilərinə tez-tez xəbərdar edir. Erməni hərbi birləşmələri Azərbaycan ərazilərini ardıcıl atəşə tutmaqla, müharibə iddiasında olduğunu, Qarabağa status tələb etdiyini nümayiş etdirir. Azərbaycan son iki ildə hər dəfə Ermənistana sülh sazişi bağlamaq təklif edir, regionda sülhün bərqərar olmasına çalışır. Amma Ermənistan bu təkliflə razılaşır, 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliyə əməl etmir.

Davranışından aydın hiss olunur ki, Ermənistan hazırda ABŞ Fransanın təlimatı ilə işləyir. Rusiya ilə Ukrayna arasında bir ilə yaxın davam edən müharibəni körükləyən ABŞ Avropa İttifaqı, xüsusən Fransanın Rusiya-Ukrayna müharibəsinin perspektivdə yaradacağı sərfəli durumdan istifadə edib, məqsədlərinə çatacaqları üzərində düşünür. Azərbaycanla razılaşmadan Ermənistana 200 nəfərlik missiya göndərib. Buna paralel olaraq, Rus ordusunun Ermənistandan çıxarılması tələbi ilə ardıcıl aksiyalar keçirilir.

Azərbaycan Qarabağda olan sərvətlərimizin talanmasını dayandırmaq üçün ərazidə ekoloji monitorinq keçirmək tələbilə Rusiya sülhməramlılarının rəhbərliyinə müraciət edib. Müraciət təmin olunmadığına görə, ekofəalların təşkil etdiyi dinc etiraz aksiyası 2 aya yaxındır ki, davam edir. Artıq ermənilər onların xarici ortaqları Xankəndi-Şuşa yolundan istifadə etməkdən məhrum olublar, sərvətlərimizi xaricə daşıya bilmirlər. Rusiya sülhməramlıları Xankəndində yaşayan sadə insanların Xankəndi-Şuşa yolundan keçməsinə zərrəcə maneə yoxdur. Doğrudur, erməni təxribatçıları ekofəalların təşkil etdiyi aksiyaların dinc insanları blokadaya almaları barədə hay-küy salırlar, amma bu şayiələrin heç bir əsası olmayan uydurma, yalan olduğu tutarlı faktlarla rədd edilir.

Regionumuz ölkəmiz hazırda dünyanın ən gərgin nöqtələrindən sayılır. Dünyanın düşmənçilik edən super güclərinin maraqlarının toqquşduğu Cənubi Qafqaz hazırda ən çətin dövrünü yaşayır. Bir tərəfdən, Ukrayna ilə müharibə edən Rusiyanın regionda söz sahibi olması durumu daha da ağırlaşdırır. Digər tərəfdən, İran molla rejimi ölkəmizin əleyhinə fəaliyyətini gücləndirir, Ermənistanı silahlandırır, Naxçıvanla ölkənin Qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, Tehrandakı səfirliyimizə silahlı basqın edir, regionda terror təhlükəsini gücləndirir.

ABŞ Fransanın hərəkətlərindən aydın görünür ki, Rusiyanın Ukraynada olan hərbi gücünü parçalamaq məqsədilə Cənubi Qafqaz regionunda Rusiyaya qarşı müharibə cəbhəsi açmaq niyyətləri var. Azərbaycan isə regionda müharibə başlanmasının əleyhinədir buna qarşı daim mübarizə aparır. Lakin Ermənistanın müharibəni davam etdirməsi, Azərbaycanın təklif etdiyi 5 maddədən ibarət sülh müqaviləsini imzalamaqdan boyun qaçırması hər iki ölkədə regionda vəziyyətin yaxın zamanlarda normallaşmasını söyləməyə imkan vermir.

Düşmənləri dəf etmək, ölkəni müharibə digər çətinliklərdən çıxarmaq məqsədilə ölkə Prezidenti çox səmərəli xarici siyasət aparır. Dost dövlətlərin sırasını genişləndirir, Türk Dövlətləri Təşkilatının güclənməsinə yardım edir, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasına yardım etməklə, Avropa İttifaqı ilə münasibətləri ən üst səviyyəyə qaldırır. 2023- ildə Avropa dövlətlərinə 40 milyard kub metr qaz ixrac edilməsi barədə bağladığı enerji müqaviləsi ölkəmizin iqtisadi qüdrətini gücləndirməklə yanaşı, həm Azərbaycanın Avropa dövlətlərilə inteqrasiyasına zəmin yaradır. Eyni zamanda, ilə yaxınlaşma Rusiyanın təsirindən uzaqlaşmaq onun strateji müttəqliyindən aralanmaq üçün böyük şans yaradır.

Azərbaycanın daxilində ən böyük problem olan, ölkəni inkişafdan geri salan, dünya dövlətləri arasında nüfuzuna təsir edən, ölkə əhalisinin dövlətə bəslədiyi inama sağalmaz yaralar vuran rüşvət korrupsiyaya qarşı mübarizənin ölkədə fasiləsiz davam etdirilməsi müsbət hadisədir. Müəyyən müsbət nəticələr əldə olunsa da, ölkədə bu sahədə hələ əsaslı dönüş yaratmaq mümkün olmayıb. Bütün məmurlar arasında rüşvət korrupsiya fəaliyyəti çox güclüdür. Rüşvət korrupsiyanı dövlət idarəetməsinin nüvəsindən çıxarmaq istiqamətində daha ciddi tədbirlər görməyə ehtiyac var. Xalq təcili olaraq dövlət idarəetməsinə cəlb olunmalıdır. Milli Məclis digər strukturlar xalqın iradəsilə yenidən formalaşmalı, yuxarıdan aşağı bütün dövlət sturukturları klançılıqdan azad olunmalıdır.

Ölkənin sağlam düşüncəli ziyalılarının fikri ondan ibarətdir ki, dövlət başçısının ölkədə Naxçıvanda apardığı struktur kadr islahatları sona kimi davam etdirilməlidir Muxdar Respublika əhalisində dövlətə qarşı süni yaradılmış nifrət mənbəyiVasif Talıbovsindiromunun kökü tam kəsilməlidir.  Eyni tədbirlər ölkə daxilində ardıcıl davam etdirilməlidir. Rüşvət korrupsiya ilə məşğul olmaqda davam edən yüksək vəzifəli şəxslər kürsülərdən təmizlənməli, onların dövlətdən xalqdan oğurladıqları milyardlar şəffaf halda dövlət büdcəsinə qaytarılmalı, ayrı-ayrı adamlar tərəfindən təkrar mənimsənilməsinə imkan verilməməlidir.

İctimaiyyyət, xalq arasında dolaşan millətin dövlətə bəslədiyi inama sarsıdıcı zərbə vuran təhlükəli şayiələrin kökünü kəsmək üçün rüşvət korrupsiya ittihamı ilə həbs olunan vəzifəli şəxslərdən geri alınan milyonların, milyardların miqdarı barədə vaxtında ictimaiyyətə məlumat verilməsi təmin olunmalıdır. Həmin pulun dövlət büdcəsinə ya hansı məqsədlər üçün istifadə olunacağı barədə xalqa doğru informasiya verilməsi çox vacibdir. Rüşvətxorlardan korrupsionerlərdən alınan pulların şəffaflığı tam təmin olunmayınca, həqiqəti xalqa çatdırmaq çətin olacaq.

Gəlin, onminlərlə şəhidin qanı hesabına qurduğumuz dövlətimizi qorumaq möhkəmləndirmək naminə bir olaq, birlik olaq, dövlətimizin üçrəngli bayrağı altında birləşək!..

 

0.054533958435059