Məhəmməd Əmin Rəsulzadə - Dövlət, millət, bayraq baba!
31 yanvar – Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
1884-cü ilin 31 yanvarında Bakının Novxanı kəndində dünyaya göz açan ulu öndər Məhəmməd Əmin Rəsulzadə 34 yaşında qurucu yoldaşları, dövlətçi qardaşları ilə Azərbaycan Demokratik Cümhuriyyətinin qurdu. Yoxdan bir BAYRAQ yapıb başı üzərində qaldırdı və Azərbaycan ( parlament) binasının -dövlətinin başına sancıb, “ Bir kərə yüksələn bayraq bir daha enməz!” dedi. Ailəsini , doğmalarını da böyük ailəsinə - Azərbaycana qurban verdi, (namərdlər 19 yaşlı oğlu Rəsulu güllələdilər)..Azərbaycan rus-bolşevik işğalında olsa da, yaşadı. Məhəmməd Əmin -DÖVLƏT, MİLLƏT, BAYRAQ BABA(mız) yanıqlı ürəklər(imiz)də yaşadı . 70 il sonra yeni nəsil Elçibəyin başçılığında Azərbaycan xalqının yanıqlı ürəklərinə yenən ay – ulduzlu üç boyalı özgürlük bayrağını – DÖVLƏT BABAnın ürəklərdə qorunan əmanətini yenidən başı üzərinə qaldırdı.
Bu gün DÖVLƏT BABAnın 139-cu doğum günüdür. Özü Ankarada, ruhu Azərbaycanda , BAYRAĞI bütöv dünyada! Bu gün Novxanıda ulu öndərin ölməz ruhu ilə birlik görüşüdür. Hamı ayaqdadır, Məhəmməd Əmin deyiləndə ayaqda olmaq , Azərbaycan deyiləndə ayağa qalxmaq gərəkir. DÖVLƏT BABAnın qoyduğu yoldur. Yoxsa, BABA DÖVLƏT, BAYRAQ BABA İNCİYƏR. BAYRAQ BABA(mız), DÖVLƏT BABA(mız) , AZƏRBAYCANIMIZ , günün aydın olsun :
SƏN BİZİMSƏN, BİZİMSƏN, DURDUQCA BƏDƏNDƏ CAN,
YAŞA , YAŞA, ÇOX YAŞA, EY ŞANLI AZƏRBAYCAN!
Məğrur Bədəlsoy
Paralel.az