Ağır və yüngül narkotiklər
Opium
Opiatlar qrupuna daxil olan ağır narkotikdir. Opium laləsindən kustar üsulla tiryək, tiryəkdən də labarotoriya üsulu ilə opium alınır. Hazır halda ağ, boz, sarı və çəhrayı rənglərdə tozdur. Görünüşdə və təmasda yuyucu tozu xatırladır. Elə buna görə də narkodilerlər opiumu yuyucu tozla, bəzən qənd tozu, hətta unla qarışdırırlar. Narkotik müvəqqəti eyforiya (dünyanı vecinə almamaq) effekti yaradır, qorxu və həyəcan yox olur. Ürək döyüntülərinin, nəfəsalmaların sayı azalır, beyində tormozlanma yaranır. İnsan taqətsizləşir, seksual aktivlik zəifləyir. Ürək bulanması, nəfəsin ağırlaşması başlayır. Aludəçilərdə qolun və qıçın büküklərində, iynənin yerlərində irinləmə müşahidə olunur.
Venaya vurulan bütün narkotiklər kimi opium də qanın zəhərlənməsinə, hepatit, serroz, sepsis kimi xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Opium nəfəs sisteminə ağır təsir edir, vərəmi qaçılmaz edir. Ümumiyyətlə, mütəmadi qəbul edənlərin - opium aludəçilərinin ömrü 5-7 il davam edir, bəzən 10 ilə qədər uzanır. Ilk dozanı qəbul etmə ilə narkomana çevrilmə, yani istifadəçidən aludəçiyə keçmə prosesi 3-4 ay çəkir. Qalan 5-10 ili isə narkoman artıq bitki kimi - iynədən iynəyə “yaşayır”.
Heroin
Heroin - diasetilmorfin, ya da diamorfin opiatlar qrupuna aid olan (ürək döyüntülərinin, nəfəsalmaların sayını azaldır) yarımsintetik ağır narkotik maddədir. 1874-cü ildə Londonda ingilis kimyaçısı Alder Rayton tərəfindən dərman maddəsi kimi sintez edilmişdir. 1898-ci ildən etibarən Almaniya şirkəti Bayer tərəfindən öskürəyə qarşı dərman kimi, “heroin” adı ilə geniş istehsal edilməyə başlamışdır.
Sonralar heroinin insan orqanizmində morfinə çevrilməsi və güclü asılılıq yaratması aşkar olunmuşdur. Bu səbəblərdən 1910-cu ildə Bayer heroinin geniş istehsalını dayandırmışdır. Amma 70-ci illərə qədər Avropa ölkələrində dərman kimi apteklərdə açıq satılmışdır. Hazırda heroin dünyanın heç bir yerində dərman kimi istehsal olunmur və açıq satılmır. Yalnız tibbi ehtiyaclar üçün istehsal olunur və səhiyyədə (ağır infarktda, ankologiyada və s.) şiddətli ağrılarn kəsilməsi üçün istifadə olunur.
Opium narkomanlarının çoxu hazırda heroindən istifadə edir. Heroin opiumdan və tiryəkdən daha ucuzdur, tez təsir edir və güclü asılılıq yaradır. Amma cinsi zəiflik yaradır, qara ciyəri və əsəb sistemini də daha tez sıradan çıxarır.
Kokain
Kokain koka (Erythroxlon koka) bitkisinin yarpaqlarından hazırlanan yarım sintetik ağır narkotik maddədir. Hazır halda ağ, boz, sarı, çəhrayı çalarlı tozdur. Kokain ürək döyüntülərini, nəfəsalmaları artırır, eyforiya (dünyanı vecinə almamaq) hissini gücləndirir. Əvvəlcə adamın kefi, əhval-ruhiyyəsi yaxşılaşır, problemlər isə sonra başlayır.
Aludəçilərdə ilk növbədə aritmiya (ürəyin “fasilə” ilə vurması) başlayır, bəzən ürək qəflətən dayanır. Ürək möhkəm olduqda isə, “kokain psixozu” (psixikanın pozulması) yaranır. “Kokain psixoz”u təhlükə hissi, qorxu, qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə xarakterikdir. Bütün bunlar qeyri-adi qaşınma ilə müşayət olunur, insana elə gəlir ki, dərisinin altında dəstə ilə qarışqa gəzir. Bu dəhşətli hallar təbii ki, narkoman növbəti kokain dozasını qəbul etdikdə müvəqqəti keçir. Xəstə müalicə olunmadıqda, kokain asılılığının daha ağır - epilepsiya dövrü başlayır. Vaxtı gələndə, xəstə doza qəbul etməyəndə, qıcolmalarla müşayət olunan epilepsiyalar başlayır.
Qeyd etmək lazımdır ki, kokain öz narkogenliyinə - insanı asılı vəziyyətə gətirməsinə, xəstələndirməsinə görə heroindən güclü narkotikdir. Xəstələr 5-7 il bitki kimi, iynədən iynəyə yaşayır. Bəzən bu “bitki ömrü” də beyinə qan sızması, yaxud da ürəyin qəflətən dayanması nəticəsində qırılır.
LSD
Sintetik, orta ağır narkotikdir, çox təsirli (ağır) və toksiki (zəhərli), hallyusinogen (hallyusinasiya, qarabasma yaradan) hesab olunur. LSD əsasən bəzəkli marka, rəngli lakmus kağızı şəklində buraxılır. Narkotik əvvəl güclü eyforiya hissi yaradır, sonra bu, eyni dərəcədə güclü qorxu hissi ilə əvəz olunur. Narkomana elə gəlir ki, ətrafdakılar birdən-birə aqressivləşir və hamı ona hücum edir. Sonra yenidən eyforiya yaranır, xəstənin vəziyyəti yaxşılaşır, o, hamı ilə danışıb gülməyə çalışır. Emosional vəziyyətlərin bu cür dəyişməsi - yüksəliş və depressiyalar bir neçə dəfə təkrar oluna bilər. Bu hallar qorxulu qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə müşayət olunur.
Qeyd etmək lazımdır ki, LSD-nin təsirini proqnozlaşdırmaq qətiyyən mümkün deyil. Eyni dozadan bir adamın əhval-ruhiyyəsi yaxşılaşa, o biri ən ağır depressiyaya məruz qala bilər. Bu zaman narkoman çox təhlükəli olur, ətrafdakılara və özünə hər cür xəsarət yetirə bilər. LSD aludəçiləri narkotikin qəbulunu dayandırmaq istəsələr də, qarabasmalar uzun müddət davam edir. Buna görə də, bu narkotikdən müalicə olunmaq daha çətindir. Anadangəlmə qüsurlu uşaqların doğulması və psixi pozuntuların yayılması sahəsində də LSD aludəçiləri birinci yerdədirlər.
Bir qayda olaraq, LSD aludəçiləri heroin və kakoin xəstələrindən daha çox, amma ruhi xəstəxanalarda yaşayırlar. Məsələn, məhşur Pink Floyd qrupunun yaradıcısı Sid Barret LSD ilə “tanışlıq”dan sonra cəmi bir albom yazdıra bilib. Doğrudur o, indi də sağdır, amma 25 ildir ki, Nyu-York psixatrik xəstəxanasındadır. Deyilənə görə, heç kimi tanımır və heç nəyi yadına salmır...
Metamfetamin (patı, şüşə və s.)
Metamfetamin və ya "patı" sintetik maddədir, orta ağır narkotikdir. Bir çox sintetik uyuşdurucular kimi hallüsinasiya xüsusiyyətlidir, 6-24 saat davam edən güclü eyforiya, tez asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. Ümumi adı Desoxyn olaraq 5/10 mg həblər halında ABŞ bazarında satılır. Amma əsasən, qnundankənar, qaçaqmalçılıq yolu ilə istehsal edilir və daşınır. Metamfetamin asanlıqla əldə edilə bildiyi üçün xüsusi laborotoriyalara ehtiyac yoxdur, hər yerdə istehsal etmək mümkündür. İstehsal prosesində xaric olan fosfata görə qırmızı rəngə boyanır və pişik sidiyi qoxusu verir.
Metamfetamin qəbul edildiyi zaman təzyiq və bədən istiliyi yüksəlir, göz bəbəkləri genişlənir. İshal, ürəkbulantısı, qusma müşahidə edilir. Beynin normal funksiyaları pozulur, depressiyaya gətirib çıxarır. İstifadəçilərdə qalıcı anedoniya (hər şeyə biganəlik) meydana gəlir. Metamfetamin heroindən daha çox və tez asılılıq yaratdığı qeyd edilir. Davamlı istifadəçilərində "Met ağzı" deyilən diş çürükləri müşahidə edilir, immun sistemi zəifləyir. Bu kəslərdə stafilokok infeksiyalarına tez-tez rast gəlinir. Çəki itkisi və qısamüddətli libido artımına, bundan əlavə cinsi zəifliyə səbəb olur. Böyük dozada qəbul edildikdə, ölüm baş verə bilər.