İranda zəlzələ nəticəsində 2 nəfər ölüb, 122 nəfər yaralanıb
İranın Xoy vilayətində qeydə alınan zəlzələ nəticəsində 2 nəfər ölüb.
“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Böhran Vəziyyətləri İdarəsinin rəhbəri bildirib.
Agentliyin məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri isə təbii fəlakətin baş verdiyi ərazidən 122 nəfərin yaralandığını açıqlayıb.
Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.
Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.