Talıbovlar həbs olunacaqlar, yoxsa...

Talıbovlar həbs olunacaqlar, yoxsa...
 

Hər gün Talıbovların ölkənin sərvətlərini acgözlüklə mənimsəmələri barədə cəmiyyətə ciddi faktlar açıqlanır.

Son günlər Talıbovların daha bir neçə sirrinin üzərinə işıq salınıb.

barədə Keçən il Azərbaycan dövlət qurumları, Azərsu 55 milyon, Azərgold 43 milyon, Turizm Agentliyi isə 4 milyondan çox vəsaiti Vasif Talıbovun ailə şirkəti olan "Maqro Construction" MMC-ni tender qalibi elan edərək həvalə ediblər. Şirkətin təmsilçisi Vasif Talıbovun ailə biznesini idarə edən, türkiyəli iş adamı Emin Uçarın oğlu Əmrah Uçardır.

Bu arada Talıbovların Gürcüstandakı 270 milyon dollarlıq ailə biznesinə aid olan Batumidəki Divan hoteli də satışa çıxarılıb, qiyməti 18 milyon dollardır. Bakıdakı Divan Express Baku Hotel və Zümrüd restoranı da Talıbovlara aiddir.

Hazırda ölkə ictimaiyyəti düşünür ki, Talıbovlar bu qədər ağır cinayətlər törədiblər, dövləti və xalqı talayıblar, qanunları ayaq altına atıblar, dövləti heçə sayıblar, buna rəğmən onlar həbs olunacaqlar, yoxsa...

0.059927940368652