"Pəncərə" və "pencək" sözlərinin izahı

 

 

Həsən Əliyev:
Türkcədirmi, yoxsa farsca?
Türk dillərində elə qədim sözlər vardır ki, bu gün onun mənşəyini tapmaq dilçi alimlər üçün çox çətindir.Türk sözlərinin izahlı lüğətinə dair mənbələr çox az saydadır.Kaşğarinin lüğəti də türk dillərində olan sözlərin hamısını əhatə etmir.Eyni zamanda sözlərin etimologiyaları da verilməmişdir.Sözlərin etimologiyasını tapmağın çarəsi yalnız sözduyumu, məntiq və təxəyyülün öhdəsinə qalır.Müasir dövrdə tək türk dillərində deyil, bir çox dillərdə arxaikləşmə sürətlə gedir.Əvvəllər əsas etibarilə ərəb-fars mənşəli sözlər keçmişdirsə, müasir dövrdə isə avropa mənşəli sözlər dilimizə keçməkdədir.Əgər bu sürət belə davam edərsə dünya xalqları utopik dilçilərin arzuladığı vahid dil-“Şleyxer ağacı”nın dilində danışacaqlar.Bunun isə dayağı dilin ictimai hadisə olması səbəbidir.Buna aparan cığır müasir cəmiyyətin (ictimaiyyətin) yoludur.Yeni doğulan uşaq nitq təmasını böyüklərin dilindən öyrəndikləri sözlərin əsasında qurur.Bu gün dilimizdə olan “köçürülmə” sözünü işlədən adama geridəqalmış adam kimi baxılır və “təxliyyə” sözü isə irəli getmək istəyənlər çoxalmaqdadır. 

Şərt o deyildir ki, qədim dilimizə qayıdaq, biz heç olmazsa dilimizdə işlətdiyimiz qədim türk sözlərinin mənalarını yeni nəslə çatdıraq.Maraqlıdır ki, dilimizə keçən sözlərin əksəriyyətinin mənası keçən dildə verdiyi mənalar tam anlaşıqlıdır.Lakin öz qədim sözlərimiz isə tarixin dərin qatlarında qalmaqdadır...

Keçək əsas mətləbə.Bu gün dilimizdə olan sözlərdə “çər” və “pənc” sözlərinin hamısını birmənalı olaraq fars dilindən keçmə söz kimi qəbul edirlər.Bu sözlər sadəcə olaraq fars dilində say bildirən sözlərdilər.Bunun əsas səbəbi isə həmin sözlərin fars dilində olmasıdır.

 Həqiqətənmi “pəncərə” sözü fars sözüdür?Əsla yox! Fars dilində “pənc” sözü dilimizdə “beş” mənasında işlənir.Əgər dilimizdə işlətdiyimiz “pəncə” sözü “əl” söznün sinonimi kimi işlənirsə, bununla razılaşmaq olar.Doğrudanda əlin barmaqlarının sayı “beş”dir və “beş” rəqəminə fars dilində “pənc” deyilir.Yəni “pəncə” sözünün keçmə söz kimi qəbul olunması məqbuldur.

Maraqlıdır ki, farslar özləri “pəncərə” sözünün kökünün fonetik qaydada mənasını bilirlərmi? Çox çətin! 

“ Pəncərə” sözü qədim türk sözüdür.Sözü fonetik qaydada izah etmək daha məqsədəuyğundur.Mən əvvəlki məqaləmin birində yazmışdım ki, qədim türk dillərində “p” səsi olmayıb.Sadəcə olaraq cigiltilləşmə ilə “b” səsi “p” səsinə keçərək dilimizdə özünə yuva qurmuşdur.Sözün 1-ci hissəsi “bən” sözünü izah edək.Kaşğarinin “Divani Lüğəti Türk”ündə “ban-dı, ır” sözünün mənası “bağlamaq” kimi verilmişdir.Əslində bu söz dilimizdə çox işləkdir.Məs: suyun qarşısını alan bənd, bir şeyi bənd etmək, birinə bənd olmaq kimi semantik cəhətdən dilimizdəki “bağlamaq” sözü ilə sionim kimi işlənilir.Sözün 2-ci hissəsi “cərə” sözü isə “açar” sözünün assimlatik formasıdır.”Pəncərə” sözü praktik məna daşımışdır.Yəni “bəndlənib, açılan”.Bu gün biz məişətdə və ya istehsalatda pəncərəni az “bağla, aç” ifadəsini işlədirik.Sözün əsl praktik semantikası özünü tam doğruldur.Sözün özü bunu sübut edir ki, türk xalqları sivilizasiyanın məişət mədəniyyətinin önündə getmişdir.Bu gün dilimizdə olan “pəncərə” sözü “bağlanıb açılan” mənasını bildirən türk məişətinin ən qədim atributundan biridir.Sual oluna bilər ki, söz nə üçün “açılıb bağlanan” kimi yox, “bağlanıb açılan” kimi formalaşmışdır.Bunun məntiqi cavabı budur ki, əslində “pəncərə”ni türk insanı onu örtük kimi yaratmışdır.Bu səbəbdən də “bəndləmək, bağlamaq” sözü önə keçmişdir.

“Pəncərə” sözü latın dillində olan “külək, yel, nəfəslik, küləklik” mənasını verən “windiness, ventum, fenestra, window” sözlərindən yaranmışdır.Bu günkü məişətdə işlədilən “fen” cihazı da “küləkləndirən” mənasını bildirir.Sözdə “v-f” əvəzlənməsi vardır.”Pəncərə” sözündəki “b-p” kimi.Latın dilindəki “pəncərə” sözünün dərsarası “tənəffüs” kimi işlənməsi də “nəfəslik” semantikasından yaranmadır.

Rus dilində “pəncərə” sözü dilimizdəki sinonim kimi işlənən ərəb mənşəli “ayna” sözünə bənzəyir.Çox vaxt biz pəncərəyə də güzgüyə də “ayna” deyirik.”Ayna” sözü ərəbcədən “eyn” sözündəndir.”Eynək” sözü də “göz” sözündəndir.Yəni güzgüdə hər şeyin eynisi kimi görünməsidir.Latın dilində “oculus”-“göz”,”speculo”-“ayna” deməkdir.Adəti üzrə rus dilində “okно” sözü də latın dilindən alınmadır.

İndi isə “pencək” sözünün necə yarandığına diqqət verək.Əgər biz pencək geyiminə praktik olaraq baxsaq, onun düymə ilə bağlanmasının şahidi olarıq.Yenə eyni paralellik.”Ban” sözündə “b” səsi “p”-yə keçmişdir. Buna baxmayaraq bu geyim semantik cəhətdən qədim türk sözü olan “band, bənd” sözündən olub, qabağı bağlı şəkildə ülgülənmişdir.Rus dilindəki “пиджак” sözü türk dilindən keçmədir.

Dilçiliyin rəngarəngliyi həmişə insanı düşündürür.Həqiqətən dilçi alim Pr.Qəzənfər Kazımov “Ulu Dil” konsepsiyasını “Azərbaycan Dilinin Tarixi” əsərində möhtəşəm yaratmışdır.Baxın, latın dilli xalqlarda da “ban” sözü “bağlı” mənasında “bant” sözü “bağlama” kimi mənalanır.”Kəpənək qalstuk” sözünə də “bağlama” mənasında ”бантик” deyilir.”Ban” sözü ”bağlı” sözünün sinonom kimi “qadağa” mənasını da bildirir. Hadisə yerinə çəkilən “bant”lar da ingilis dilində eyni mənanı verir. Rusların “баня” sözü də latın mənşəlidir.Hörmətli alimimiz Kamil Allahyarov f/b səhifəsində xristianlara çimməyin qadağan edilməsi barədə maraqlı yazı vermişdi.Oxudum, marağıma səbəb oldu.Araşdırdım ki, məhz “баня” sözü latın dilində “qadağan, bağlı” sözündəndir.Ruslar xristian kilsəsinin qanunlarına riayyət etmədikləri üçün hamamdan çimmək üçün istifadə etmişlər. Rus dilində işlənən “баня”sözü “qadağa” mənasını bildirən latın dilindəki “ban” sözündəndir.
Təşəkkür edirəm.
P.S.Atalar sözümüz var:”Axtaran tapar.”

Paralel.az

0.027856111526489