Qədim oğuzların məskənlərinin toponimik etimologiyalarının izahı - Qobustan
Həsən Əliyev:
Azərbaycanda ən qədim insan məskənlərindən sayılan Qobustan Milli Tarixi Qoruğu hələ sovet dönəmindən arxeoloji tədqiqat obyekti olmuşdur. Xaricdən Azərbaycana səfər edən qonaqların bu əraziyə turistik ekskursiyaları təşkil olunurdu. Ölkəmizdən qayıdan qonaqlar çəkdikləri foto şəkilləri yerli mətbuatlarında “Daşların daşlaşmış xəyalları” başlığı ilə maraqlı məqalələr dərc edirdilər.
Xarici jurnalistlər gəzinti zamanı onların bu yazılı daşlardan aldıqları təəssüratları uzun müddət unutmadıqlarını qələmə alırdılar.Onlar bu məskəni “kabuslar məskəni” adlandırırdılar.Qədim insanların tonqal ətrafında halay qurub rəqs etmələri ziyarətçiləri sanki xəyalən həmin dövrə apardığını etiraf edirdilər.Bu məskənin “xəyallar aləmi” adlandırılması neçə-neçə əsrlər bundan əvvəl mövcud olan bu məkanın toponimik adının izahından xəbər verir.
Bir çox mənbələrdə qayaüstü rəsmlərdə inək, öküz rəsmlərinin olması tədqiqatçılara əsas vermişdir ki, “Qobustan” toponiminin 1-ci hecası fars dilimdəki “qav-gav”-“inək, öküz” sözündən yaranmadır.2-ci heca isə “stan” da fars dilində “məkan” bildirən məfhumdur.Qobustan toponimi bütövlükdə “inəklər məkanı” mənasına gəlir.Demək olar ki, bu etimoloji izahı bütün elmi mənbələr yekdilliklə qəbul etmişdilər.Bu toponimin əsl etimologiyası doğrudanmı belədir?
Əslində bu “Lal daş məskən”də heyvanat aləmindən – yəni inanclardan tək inək, öküz deyil, digər inanc kultu olan müxtəlif heyvan və quşların, insanların, onların qədim rituallarını əks etdirən çox sayda rəsmləri vardır.
Ən əsası isə oğzların “ox” damğası bir daha bu ərazinin aborigen əhaliainin oğuzlara məxsus olmasının pasportuna çevrilmişdir.Doğrusu günümüzə gəlib çıxan, qədim türk dilində olmayan toponimləri izah edərkən, mütləq coğrafiyamızda olan areallara diqqət vermək vacibdir.
Tarixdən məlumdur ki, Ərəb Xilafətinin yürüşü dövründən Azərbaycanda ərəb arealları formalaşmağa başlamışdır.Əgər biz Qobustan sözünü ərəb arealı kimi götürsək, sözün 1-ci hissəsi “qobus”- ərəb dilində “kabus” sözünün dilimizdəki şivə dialektində səslənməsidir. Azərbaycan dilinə “k” səsi ilə keçmə əksər sözlər “q” səsi ilə əvəzlənərək işlənir.Məs: kolxoz-qolxoz, kartof-qartof, kormut-qormut, karandaş-qarandaş və s.Ərəb dilində olan “kabus” sözü dilimizdə bir neçə yaxın mənalı sözlər: kabus, qorxulu yuxu, xəyal, qarabasma və s. kimi anlaşılır.Sözün 2-ci hecası “stan” əslində fars mənşəli söz deyildir.”Stan” sözü qədim yunan dilində “astionim, asta” sözü olub, “şəhər, qəza, vilayət” mənasını bildirir.Məlum məsələdir ki, Persiya da (İran) yunan-roma əsarətində uzun müddət qalmışdır.Elə indiki İranın adının qədimdə Persiya və Farsiya adları latınlar tərəfindən adlandırılmışdır.İranlıların atəşpərəst olmaları səbəbindən Fironizmdən “firr-od”sözünün latın dilinə keçən “per, far” transliterasiyası səbəbindəndir.O ki qaldı “Avesta” sözünə, bu da iranlıların inancı olan “qavizm-gavizm”sözünün latın dilində olan transliterasiyasıdır.Bu gün də İranda əyalətlər “ostan” adlanır.Sadəcə bu toponimik termin dalğa nəzəriyyəsi ilə digər dövlətlərin dillərinə vahid semantikada daxil olmuş termindir.”stan” sözü də türk dillərinə “məkan, yer” kimi eyni paralellikdə daxil olmuşdur.Qazaxstan,Özbəkstan, Qırğızstan, Türkstan və s.”Kabus – qobus” sözünə “stan” sözü türk dillərində “məkan, yer” mənasını bildirən söz kimi artırılmışdır.”Kabus” sözünün sonu və “stan” sözünün əvvəli “s” səsi olduğundan “s” səsinin biri eliziyaya (səsdüşümü) uğrayaraq yerli şivədə “Qobustan” kimi formalaşmışdır.
Həqiqətən də Qobustan Milli Tarixi Qoruğunda olarkən insan xəyallara dalaraq qədim keçmişimizi xəyalında təsəvvür edir.Bu “lal daşlarla” özünün daxili nitqi ilə onlara keçmişimizi öyrənmək üçün suallar verir. İnsan “Daşdan səs çıxmaz” deyimini anlayaraq sükuta qərq olur.Ona ancaq Qədim Oğuzların mirası olan tanrı və inanclarının daş yaddaşı onda təəssürat oyadır.Daşlar öz dilində ona yalnız fantastik qabuslar yaşadır.
Bu gün Avropa və Amerikada əsərlər və filmlər fantastik kabuslar mövzusunda daha çox işlənilir.Yaşadıqları adəti həyat tərzi onları bezikdirdiyindən, ondan zövq almaq adiləşdiyindən, onlar dərk edilə bilinməyən, real həyatdan uzaq fantastik kabuslarla yaşamlarına rəng qatmağı daha üstün tuturlar.
Həqiqətən Qobustan bizim xalqın keçmişinin real –xəyali mənzərəsidir.Sanki bu məkan insanın ibtidai həyatının mənzərəsini əyani şəkildə əks etdirir, onu Tanrı inancları ilə qovuşdurur və onlarda Tanrı təsəvvürü yaradır.
Paralel.az