Yan-yana gedək...

Yan-yana gedək...
 

Bir axşam taksidən düşüb yağışa,
Yenə də bilmədik hayana gedək.
Sığınıb köksunə ilk məhəbbətin,
Astaca...dayana-dayana gedək.

Baxışlar susaraq eləcə baxsın ,
Məhəbbət odunu yandırıb yaxsın,
Sevdamız dodaqdan ürəyə axsın,
Sübhün al səfəqi oyana, gedək.

Xəyal fərar etsin eşqin bagına,
Gizlicə boylansın yar otağına,
Qonsun, aşiqinin al yanağına,
Sevincdən ürəyim dayana, gedək.

Könül bir quş olub ucsun səmaya,
Söyləsin sirrini ulduza ,aya,
Ürək hara desə, biz də oraya,
Əl-ələ, göz-gözə, yan-yana gedək...

SEVİNC

"Paralel.az"

0.099635124206543