Qeyri müəyyənlikdə olan ali təhsilimiz - dos. İlham Əhmədov

Qeyri müəyyənlikdə olan ali təhsilimiz - dos. İlham Əhmədov
 

Qeyri müəyyənlikdə olan ali təhsilimiz-
dos. İlham Əhmədov

UNEC-in rektoru prof. Ədalət Muradovun " Müasir texnologiyalara uyğun inkişaf edən ali təhsil tamamilə fərqli olacaq" adlı məqaləsi KİV-də dərc edilib. Bu məqalədən əvvəl müəllif öz FB səhifəsində "ALİ TƏHSİLƏ BAXIŞ" adlı silsilə xarakterli statuslar yazmışdı. Məqalədəki ideyalar bu statuslarda əks edilmişdi. Məqalədə müəllif ölkəmizdə ali təhsilin vəziyyəti və mümkün perspektivləri barədə fikirlərini vermişdi.

Məqalədəki bəzi məsələlərə dair fikirlərimizi bildirmək istəyirik.

Bizim reallıqda hər hansı universitetin öz məhdud daxili imkanları ilə inkişaf etməsi, qlobal geriliyi dəf etməsi mümkün deyil. Çünki, gerilik çox böyükdür. Bu geriliyi aradan qaldırmaq üçün dövlətin ali təhsilin inkişafına dair ciddi inkişaf proqramları olmalıdır. İndiyə qədər olan azsaylı proqramlar natamam, qeyri peşəkar səviyyədə hazırlanmış, çox pis "maliyyələşmiş", havadan asılı qalan, pis layihələrdən ibarət olmuşdur. Bu müddətdə dünya universitetləri bizdən 10 dəfələrlə (bəlkə də daha çox) intensiv templə inkişaf etmişdir.

Sizin toxunduğunuz problemlərin çox hissəsi ETN tərəfindən hələ də adekvat qiymətləndirilmir. Onların bu sahədə heç bir hazır strategiyası yoxdur, bu məsələlərin peşəkar müzakirəsinə belə hazır deyillər. Bu proseslər ilk növbədə elmi səviyyədə təhlil edilməli, modelləşdirilməli, zəruri proseslər alqoritmləşdirilməli və sistemləşdirilməlidir.

Bizdə bu problemlərlə məşğul olacaq qurumlar və tədqiqatçılar da yoxdur.
30 illik durğunluq ATM-nin inkişaf potensialını "dondurub".
Bəli, ".... müasir texnologiyalara uyğun inkişaf edən ali təhsil tamamilə fərqli olacaq" və biz bu axtarışlardan, tədqiqatlardan, innovatıv proseslərdən çoox uzaqda duracaq, sadəcə liderlər universitetləri müşahidə edəcəyik (əgər buna da imkan verilsə). ....

30 ildə TN heç vaxt dünya universitetlərindəki trendləri öyrənmədi, təşəbbüslər irəli sürmədi, innovasiyalar yaratmadı, tətbiq etmədi. Geriliyimizin aradan qaldırılması bu vəziyyətdə real görünmür.
Yeni yaradılacaq agentlik də indiki menecerlərdən ibarət olacaqsa, deqradasiya hələ xeyli davam edəcək.

"Paralel.az"

0.070104122161865