"Quran-Kərim"in yandırılmasına susmaq dini vəhşiliyin təqdiridir...
Dünyada yaşayan 2 milyard müsəlmanı təhqir etmək kimlərə lazımdır?
Dünya bütün insanların ümumi evidir. Bu evdə yaşayan insanlar müxtəlif dini inanclara malik olsalar da, hər kəs on səkkiz min aləmi yaradan Allaha ibadət edir.
TəkAllahlılığı qəbul edən insanlar ilk insan və peyğəmbər Adəmdən başlayan və Əbülqasim Məhəmmədə (s.a.s) qədər olan bütün nəbilər dinlərə hörmət edilməsini daim məqbul və vacib hesab etmişlər.
Buna baxmayaraq, şeytani hisslərin əsiri olan bir qrup insanlar dinlərarası nifaq və ədavəti qızışdırmaq üçün yanlış aksiyalara əl atırlar. İsveç, Hollandiya, İsveçrə və Avropanın digər xırda xristian ölkələri islam dininə qarşı tez-tez təhqiredici əyləmlərə qucaq açırlar.
Dünyanın inkişaf etmiş iri xristian dövlətlərinin xırda ölkə vətəndaşlarının islama qarşı həyata keçirdikləri yanlış aksiyaları - Məhəmməd (s.a.s) Peyğəmbərin karikaturasını çəkib yayan Hollandiya vətəndaşlarının, "Qurani-Kərimi" yandıran İsveç, İsveçrə, Danimarka və digər ölkə vətəndaşlarının dinlərarası ədavəti qızışdıran yanlış hərəkətlərini ABŞ, Fransa, Almaniya kimi böyük dövlətlərin susması həmin yanlış aksiyaya əl stan ölkə vətəndaşlarının hərəkətlərilə həmrəy olmalarının göstəricisidir.
Özlərini insan haqlarının, qanunların aliliyi, azadlıq və demokratiyanın qarantı sayan iri Qərb ölkələrinin xırda ölkə vətəndaşlarının İslam dininə qarşı düşmən münasibət sərgiləyən hərəkətlərinin kökündə ABŞ, Fransa, Almaniya və digər xristian dövlətlərinin islamafob siyasəti durur.