"Buraya uzanıb Moskvanın əli..."

 

Gecədir...Evlərdə sönməmiş işıq,
Bakı camaatı küçələrdədir.
Susub mavi ekran, aləm qarışıq,
Bakı küçələri sanki cəbhədir.

Qarabag tuş olub qan sellərinə,
Camaat haçandır imdad istəyir.
Hayastan rəng verib əməllərinə,
Torpaq qamarlayıb, xalqı pisləyir.

Milis dəstələri yollamışıq biz
Qarabag elini qorumaq üçün...
Müasir silahlar, raketlər saysız,
Yıgıb ermənilər-tor qurmaq üçün.

Bizə birlik oldu yeganə əlac,
İkili bir oyun olubdur həyat.
Azad yaşamaga qalmışıq möhtac
Kara gələrdimi bizə avtomat?

Gecənin bagrını yardı güllələr,
Topların səsindən Bakı diksindi.
Qaldı tank altında qadın, körpələr,
Şəhər ah-vayların diliylə dindi.

Zirehli "qonaqlar"ölüm gətirdi,
Bu vəhşi əməlin ünvanı bəlli.
Neçə min insanı qətlə yetirdi
Kremlin göstərişi, Moskvanın əli.

Dayanmaq bilmədi atəş səsləri,
Uzandı...Şəhidlər hesabı kimi.
Qara rəng bürüdü bütün şəhəri,-
Mən gördüm dünyanı bir qəbir kimi.

Silinməz bu qanlar xalq yaddaşından,
Düşər güc-kəsərdən nitqlər, təsəlli.
Gələcək oxuyar məzar daşından:
"Buraya uzanıb Moskvanı əli..."

0.043479919433594