Sahibkarlarla növbəti görüş Şəki şəhərində keçiriləcək

Sahibkarlarla növbəti görüş Şəki şəhərində keçiriləcək
 

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəki şəhərində görüşü təşkil olunacaq.

"Paralel.az" xəbər verir ki, aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq .

“Səyyar qəbul otağı” yanvarın 25-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.015436172485352