Elçin Əfəndiyev:"Qəbul imtahanlarının formatı dəyişməlidir"
"Qəbul imtahanlarının formatı dəyişməlidir. Xüsusilə, blok imtahanında səhv cavabların doğru cavablara təsir mexanizmi aradan qaldırılmalıdır".
Bunu təhsil eksperti Elçin Əfəndiyev deyib.
Onun sözlərinə görə, bu, birmənalı olaraq abituriyentin haqqına girmək, onun hüququnu tapdalamaqdır:
"Əgər abituriyent səhv cavab yazırsa, məhz o sual üçün nəzərdə tutulan bal ümumi baldan çıxılmalıdır, daha o səhvə görə düz yazdığı cavabdan bal silinməməlidir. Ümumiyyətlə bütün imtahanlarda bu prinsip ləğv olunmalıdır".
Ekspert bildirib ki, blok imtahanlarında təxminən 60-70 min abituriyent iştirak edir:
"İmtahana girib tutar qatıq, tutmaz ayran prinsipinə əsasən, imtahan verənləri əsas gətirən əziz insanların diqqətinə çatdırım ki, bu olduqca cüzi hissə təşkil edir. Təxminən 100-200 nəfər deyək ki, buna cəhd edir. O da yenə səhv olur. Çünki imtahanlar zamanı DİM bu amilləri nəzərə alaraq xüsusi metod tətbiq edir. Nəzərinizə çatdırım ki, blok imtahanlarında 60-70 min abituriyent iştirak edir. 100-200 şəxsə görə bu qədər şəxsin haqqına girmək doğru deyil".
Tehsil.biz, Mərcanə Əsədova