Onlar riyakarlığı daha tez hiss edirlər

Onlar riyakarlığı daha tez hiss edirlər
 

Şəhidlər xiyabanına tək-tək gedin

Artıq bir neçə ildir ki mən 20 yanvar günü Şəhidlər xiyabanına getmirəm. Bunu mənə irad tutanlar da var. Səbəbini deyim. Şəhidlər xiyabanı ruhlar məkanıdır, onlar yalanı riyakarlığı daha tez hiss edirlər. İldə bir dəfə keçirilən kütləvi ziyarət heç də şəhidlərin ruhuna hörmət deyil, sadəcə bir tədbirdir. Ona görə də şəhidləri ürəyinizin səsini dinləyərək tək-tək ziyarət edin. Onda onların narahat ruhlarının səsini eşidə bilərsiniz və bu heç də sizlərdə xoş ovqat yaratmayacaq .

O məkana hər ziyarətində onların narahat ruhlarının iradlarını, tənələrini, hayqirtilarinı eşidirəm.

"Biz canımızi, qanimizi xalqımızın səfalət, məmurların səadəti üçünmu fəda etdik? Rus imperiyasınin caynagından qurtardığımız sərvətimizin məmurlar və harınlar tərəfindən talanmasına niyə yol verirsiniz?"

Bunları eşitmək çox çətindir, amma lazımdır. Bunun üçün də Şəhidlər xiyabanını tək-tək ziyarət edin. Kütləvi ziyarət zamanı bunları eşitməyəcəksiniz. Çünki yalançı və riyakar simaları görmək istəməyən ruhlar belə ziyarət zamanı gizlənirlər onlar buraya məcburən gətirilən, boğazdan yuxarı söz danışan riyakarları görmək, eşitmək istəmirlər. Sözün qısası, şəhid ruhlarının səsini eşitmək istəyirsinizsə Şəhidlər xiyabanını ürəyinizin səsini dinləyərək tək -tək ziyarət edin, əminəm ki, o səsləri siz də eşidəcəksiniz. Allah butün şəhidlərimizə rəhmət eləsin!

Yusif Seyid

"Paralel.az"

0.037827014923096