Prezidentin açdığı məktəb niyə istifadəyə verilmir? - Video

Prezidentin açdığı məktəb niyə istifadəyə verilmir? - Video
 

Ötən il may ayının 2-də Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunun 304 nömrəli tam orta məktəbin açılışını ediblər.

Paralel.az “Abzas media”ya istinadla xəbər verir ki, məktəbin açılışından 7 ay keçsə də, hələ istifadəyə verilməyib.

Təhsil müəssisəsinin kanalizasiya sistemi olmadığına görə istifadəyə verilmədiyi bildirilir.

Sentyabrda təhsil ocağının şagirdlərin üzünə açılacağı planlaşdırılsa da, bu, baş verməyib.

Səbəb ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamağından məktəbin həyətini çirkab suların basmasıdır.

Daha ətraflı:

 

0.023844957351685