TORPAQ
Pəncərə önündə dalğın dayanıb,
Baxıram, yol, səki bəyaz boyanıb,
Şaxtadan qaralıb, ayazdan yanıb,
Yorğanı altında üşüyür torpaq.
Külək də qaldırıb tufan səhərdən,
Elə bil uçaqdı keçir şəhərdən,
Kol altdan qatlayıb kirpiyin hərdən,
Tıncıxmış nəfəslə töyşüyür torpaq.
Dənələr yağsa da üstdən tərsinə,
Bir az aludədi qarın rəqsinə,
Qarı da, buzu da sıxıb köksünə,
Səbrlə bahara daşıyır torpaq.
Gör neçə qış görüb, neçə qar görüb,
Qışı sərvət görüb, qarı var görüb,
Şair də baxınca ixtiyar görüb,
Beləcə dolanıb yaşayır torpaq.
Təvəkkül Goruslu
"Paralel.az"