Bakıya sevgim bir başqadı

Bakıya sevgim bir başqadı
 

Azərbaycanın hər qarışını sevən adamam. Bu sevgi nə işə yaramayan polislərdən, rüşvətxor məmurlardan, ucadan danışan, küçədə söyüş söyən, tüpürənlərdən, efirlərdən xalqa düşmən kəsilənlərdən və s. və i. asılı deyil. Bakıya sevgim bir başqadı. Deyim ki, təmiz Bakılıyam -yox. Çox qarışıqdı əslimiz-Bakı, Quba, Qazax, Ordubad və Astara. Hər yerin də insanlarında fərqlilik var. Hətta bir ailənin uşaqları da fərqli olur. 5 il bundan əvvəl Bəhram Bağırzadə rayon uşaqlarının hay-küy saldığını görüb və deyib ki, rayon uşaqları hay-küyçüdülər. Yoxsa heç müşahidə etməmisiz? Xoşunuza gəlməyə bilər, sözüm yoxdu. Amma Bakıya, bakılılara bu nifrətiniz hardandı sizin bu qədə? Bir-neçə status çıxdı qarşıma-utandım.

Heç Azərbaycanı sevmədizmi? Sizin kimi düşüncələr olmasaydı Azərbaycan bu qədər bölünməzdi-bunu da bilin!!! Bakı paytaxtdı. Təbiiki fərqlilik olacaq. İnstitutu qurtaranda Vodakaçka deyilən yerdə-indi Müşfiq qəsəbəsində işlədim. Uşaqları şəhərə gəzintiyə gətirirdim arada. Danışıqları da, davranışları da fərqli idi. Bir dəfə sirkə apardım və bütün diqqətim davranışlarında idi. Onlara qışqırmaq, bərkdən danışmaq olmaz-deyirdim. Orda şamaxılı bir ibtidai sinif müəlliməsi vardı. Deyirdi ki, cavan qızsan, şəhərli, bu kəndçilərlə şəhərdə gəzməkdən utanmırsan? Niyə aparırsan?. Mən ona heç təhqiredici cavab vermirdim. "İstəyirəm sirki, teatrı, muzeyi görsünlər" deyirdim sadəcə.
Kim B. Bağırzadənin 5 il bundan qabaq dediyi adi fikri bu qədər qabartdı, yayımladı? Bir onu düşünün. Bakının tarixini dağıdanda, köklü bakılıları küçələrə tökəndə, Bakı kəndlərində torpaqları paylayanda, sahilboyu bir bakılıya bir çətir açmağa icazə verməyəndə, hər yerdə sıxışdıranda səsiniz çıxmır. Nə oldu? Bu sevgisizlik hardandı? Dəhşətdi. Bumu sizin sevginiz paytaxta? Rayonlarda bir kəndin camaatı heç o biri kəndi bəyənmir.Ən mədəni elə bakılılardı. Evlərin dağıdırıq, bir bakılı söz deyən kimi cumuruq üstlərinə. Guya Bakıdan nə alim, nə bir xadim çıxıb. Bir Məmməd Əmin bəsdi elə. Bir Səttar bəsdi elə. Küçələrini lağa qoyuruq. Şifer gətirdik-çox məntiqsiz.

Yasamalda müəllimlərin binasında 40 il yaşadım. Bir blokda iki bakılı ailə vardı. Biri müəllim, biri rektorun sürücüsü idi. Heç səslərini eşitmədim. Amma birgündənbir hansı mənzildəsə, ya hansı qonşulardasa dava-şava olurdu. Birinci mərtəbədə gülənin səsi 5-ci mərtəbəyə gəlirdi...
Bakım, bütün Azərbaycanı sevənlər səni sevir!

P.S. Bakılıları didərgin etdiz.
P.S. Bir də məsələn, Astara camaatı sakitdi.Qazax camaatı hay-küyçü, dalaşqan.Uşaqlıqdan bilirəm.

Bir də 40 il sovetskdə işləmişəm, ən azı yarıbayarı bakılı və rayonlu uşaqlardı. Fərqi də çox gözəl bilirəm.

Bir bakılı deyib ki, rayon uşaqları ictimai yerdə bərkdən danışır. Yekə-yekə rayon ziyalıları nələr yazır.Ən azı buna fikir verin. Mat qaldım. Siz ziyalısız axı? Bu qədərmi düşünə bilirsiz?İndi bir gəncəli bir xoşumuza gəlməyən söz desə, Gəncəyə və gəncəlilərə nifrət yağdıraq? Bu qədər nifrin hardan Bakıya-bakılılara. Siz bu küçələri heç sevmədinizmi? Bu şəhər camaatının müsbət cəhətlərini görmədinizmi?

O ki qaldı Bəhram Bağırzadəyə. O bu vətəni o mənasız şərh, status yazanlardan çox sevir.

0.014264106750488