Cəmiyyətdə ərköyün uşaqlar niyə çoxalır?

Cəmiyyətdə ərköyün uşaqlar niyə çoxalır?
 

dos. İlham Əhmədov

Bir gənc polisi söyüb, polis də uşağı cəzalandırıb. Bu hadisədə əsas günahkar kimdi? Uşaq, ailə, yoxsa polis? Günahkar məktəbdir. Niyə? İndi izah edim, siz də fikrinizi bildirin.

Məktəb uşağı həyata yaxşı hazırlamayıb. Bu uşağın ağlı müəllimə, məktəbə gedib. Elə bilir məktəbdə oxuyanda müəllimləri təhqir edirdi, tərbiyəsizlik edirdi, müəllim də ona güldən ağır söz deyən kimi, tez ondan şikayət edib, müəllimi işdən çıxartdırırdılar.

Bu polisdir bala, müəllim deyil ki, 30 il stajı olmasına baxmayaraq bir tərbiyəsiz uşağa qurban verilsin. Müəllimdən fərqli olaraq polis hüquqsuz, kimsəsiz deyıl, onun yanında tabe olduğu nazirliyi durur. O nazirlikdə işləyənlərin hamısı sıravi polisdən generala qədər yol keçiblər. Orda bu sahəni bilməyən, bu sahədə baza təhsili olmayan, təcrübəsiz təsadüfi kadrlar ola bilməz. Onlar öz tabeçiliyndə olan sıravi polislərə hörmət edirlər, çünki, özləri də serjantlıqdan, leytnantlıqdan yüksəliblər.

Məktəb direktoru uşaqlara son zəngdə gərək deyərdi: uşaqlar, ərköyünlük məktəbdə qalır, bundan sonra qanunlara riayət etməlisiniz, harda olsanız da. Öz ərköyünlüyünüzü bir müddət saxlayın, valideyn kimi 5-10 ildən sonra uşaqlarınızı məktəbə gətirəndə, yenə əvvəlki kimi, müəllimlərə qarşı istədiyiniz hörmətsizliyi edərsiniz.

"Paralel.az"

0.012972116470337