Xalqa zülm etməkdən əl çəkin! 

Xalqa zülm etməkdən əl çəkin! 
 

Kim nə deyir desin indi həyata keçirilən maaş və pensiya artımlarının əhlinin kasıb təbəqəsinin rifahına azacıq da olsa müsbət təsiri yoxdur. Çünki sosial ədalətin mövcud olmadığı cəmiyyətlərdə təbəqələşmə o qədər ýüksək olur ki, heç bir maaş və pensiya artımı bu ədaləti bərpa edə bilmir.

Birincisi, nə üçun 40-50 il iş stajı olanlarla minimum pensiya alanın aldıgi pensiya arasında maksimum 20-30 manat fərq olmalıdır?
İkincisi, nə üçün dövlət məmurları və deputatlar zəhmətkeş insanlardan 10 dəfə artıq maaş və pensiya almalidırlar?
Məgər biz hamımız eyni mühitdə yaşamırıq, eyni bazara, marketlərə getmirik?

Bu suallarıma cavab verin və sübut edin ki,  bu, sosial ədalətin təzahurüdür. Sübut edə bilmirsinizsə, birdəfəlik etiraf edin ki, Azərbaycanda məmur diktaturası bərqərar olub və insanlar da işlərini bilsinlər... Ədalət, azadlıq, demokratiya pərdəsi arxasında gizlənib bu xalqa zülm etməkdən əl çəkin! 

Yusif Seyid 

"Paralel.az"

0.015565156936646