Mənbəyini qanun yol verməyən hallarda açıqlayan jurnalist və media subyekti cərimələnəcək
Media azadlığından və jurnalist hüququndan sui-istifadə etmə sahəsində yeni məsuliyyət müəyyənləşir.
APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimələnəcəklər.
Qeyd edək ki, qüvvədə olan Məcəllədə bu məsuliyyət növü nəzərdə tutulmayıb