Sabunçuda qaz balonunun alışması nəticəsində ev sahibi yanıq xəsarətləri alıb

Sabunçuda qaz balonunun alışması nəticəsində ev sahibi yanıq xəsarətləri alıb
 

"Report" xəbər verir ki, yanvarın 18-də Sabunçu rayonunun M.Hüseynzadə küçəsində fərdi evinin mətbəx otağında qaz balonunun alışması nəticəsində yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində ev sahibi 1971-ci il təvəllüdlü Nailə Bǝdirxanova qaz balonunu kənara atmaq istəyən zaman əl və ayaq nahiyəsindən yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

0.06718897819519