10 yaşlı Furkan Bədəlsoyun “20 Yanvar” şeiri
10 yaşlı Furkan nəvəm Nərimanov rayonu, 39 saylı məktəbin 5-ci sinfində oxuyur. 1990-cı ilin qanlı 20 yanvar soyqırımı baş verəndə atasının 3 yaşı vardı. Bu uşağın “20 Yanvar”a nəsə yazması, qanlı rus – bolşevik rejiminə “nəzmli” nifrəti , yəqin qandan gəlir. Hər halda, biz uşaqlarımızı nifrət ruhunda böyütmürük. Xırda redaktə ilə balaca “şairin” “20 Yanvar” şeirini sunuruq :
Mübarizəyə səsləyir,
Birliyimizə səsləyir.
Unudularmı bu gün?
Unudularmı bu qanlı gün?
***
Çıxdıq tankların qarşısına
Güllə ilə vurulduq.
Bu gün qanlı gün oldu,
Amma müstəqilliyə vurulduq.
***
Rus qoşunları gəlirdilər
Bizi qorxutmaq istəyirdilər .
Lakin iradəmiz qırılmadı
Bizi qorxuda bilmədilər.
***
Qoymurdular namaz qılaq,
Qoymurdular bayramlaşaq.
Qoymurdular tariximizi yazaq,
Qoymurdular türklüyümüzü yada salaq.
***
İstəmirdik rus zülmünü,
İstəyirdik türk elini.
İstəmirdik zəlaləti,
İstəyirdik ədaləti.
Furkan Bədəlsoy, 39 nömrəli məktəbin 5-ci sinif şagirdi
"Paralel.az"