Plagiata qarşı mübarizə elmi islahatın tərkib hissəsi olmalıdır
PLAGİATA QARŞI MÜBARİZƏ ELMİ İSLAHATIN TƏRKİB HİSSƏSİ OLMALIDIR...
Filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyeva
Yəqin ki, nə vaxtsa, plagiat məsələləri ciddi şəkildə araşdırılacaq, müəllif hüquqları sözdə deyil, əməldə müdafiə olunacaq. O zaman plagiatın Azərbaycansayağı bir variantı da üzə çıxacaq: başqası üçün köçürmələr...
Yəni pul alıb başqasının zəhmətinin bəhrəsini satanlar kateqoriyası da gərək nəzərdə tutula... Beləliklə, nəticədə həqiqi plagiator kim sayılacaq: başqasının əməyini satan, yaxud alan?
P.S. Bir neçə gün öncə, Nəsibə Zeynalova demişkən, bir "fildibestir"in ("professor") mənim "Azərbaycan ədəbiyyatı tarixi"ndəki başıbəlalı "Nəsimi" oçerkimdən bir neçə səhifəni vicdansızcasına, istinad etmədən köçürdüyünü görüb neçənci dəfə sarsıldım. İllərlə axtarış apar, yaz, sonra da kimsə hazıra nazir olsun...
Amma insaf naminə deyim ki, psevdoakademikdən fərqli olaraq, bu "prof." copy-paste etməmişdi, özü köçürmüşdü... Ona görə bilmədiyi adlar və terminlər səhvlərlə dolu idi...
"Paralel.az"