Bizi işbazlara yem edən...

Bizi işbazlara yem edən...
 

Məmləkətimiz dünyanın diqqətində olan ölkələr sırasındadır. Burası həm müxtəlif idman yarışları üzrə dünya Avropa çempionatlarının keçirildiyi bir arenadır. Demək olar ki, hər il canım məmləkətimdə dünya miqyaslı sivilizasiyalararası mövzularda tədbirlər keçirilir. bu tədbirlərə çox sayda xarici vətəndaşlar qatılır. Qonaq qismində gələnlər burda olduqları müddət ərzində adət-ənənələrimizlə  maraqlanırlar. Özlərinə dönəndə burda gördüklərini, eşitdiklərini ən azı sosial mediada paylaşırlar. Biz həmçinin.

Son on ildə ölkəmizdə keçirilən beynəlxalq  tədbirlərdə iştirak edən əcnəbilərin sayı yüz mini keçib. Bu insanlar arasında jurnalistlər var. Onlar ölkəmizdə mövcud olan bütün sahələrə dair, o cümlədən adət-ənənələrimiz barədə yazılar dərc edirlər. Xarici mediada yer alan bu yazılarda ölkəmizin inkişafında nəzərə çarpan müsbət halları qeyd etməklə bərabər, cəmiyyətimizdə, məişətimizdə, adət-ənənələrimizdə hələ hökm sürən vaxtı keçmiş, müasir dövrün tələblərinə uyğun gəlməyən hallara da diqqət yetirirlər.

Məsələn, Avropa ölkələrinin aparıcı kütləvi informasiya vasitələrində (KİV) Azərbaycana həsr olunan bir neçə yazıya rast gəlmişəm. O yazılarda qonaqpərvərliyimizlə, ölkəmizin inkişafı ilə yanaşı, paytaxtımızın başdan-başa sıralanmış  apteklərindən, çoxsaylı klinikalarından, çil-çıraqlı şadlıq saraylarından hər addımbaşı qadın kişi küaforlarından da bəhs edilir. Bir bu kiçik şəhərin böyük əhalisindən, insanların çoxluq təşkil etdiyi təsvir olunub. Həmin yazını oxuyanda çox təəssüfləndim...  bu fikirləri doğuran səbəblər barədə düşündüm. Bu məsələdə məqaləni yazan xarici jurnalistdən daha çox özümüzün  günahkar olduğumuz qənaətinə gəldim. Utandım, öz-özümə dedim yazdıqlarının hansı yalandır ki, hamısı gerçək həqiqət deyilmi?

Məgər Bakı şəhəri məmurların imkanlı adamların marketlərinin, şadlıq saraylarının, mərasim evlərinin, apteklərinin, restoranlarının digər «çal oynasın Əjdər əmi»nin obyektlərinin tıxacında boğulmurmu? Şəhərdə nəfəs almağa hava, içməyə təmiz su, yeməyə qatqısız təbii heç tapılmırsa əcnəbi bundan artıq yazsın ki?

Dünyanın heç bir paytaxt şəhərində Bakıdakı kimi dözülməz vəziyyət yoxdu.

Paytaxtın bu hala salınmasının əsas günahkarı, səbəbkarı hökumətdi, şəhər rəhbərliyidi. Təkcə onlar deyil, milli adət-ənənələrdən sui-istifadə edib, asan qazanc əldə edən acıgöz məmurlar da var. Toy yas məclislərinin həddindən çox xərc hesabına başa gəlməsi şadlıq sarayları mərasim evlərinin sahiblərinin daha çox qazanc əldə etmək iştahı ilə bağlıdı. Başqa səbəb axtarmağımıza gərək yoxdu. Bütün sahələri ağuşuna alan bahaçılıq gənclərin belə, ailə qurub, rahat yaşamaq arzusuna qovuşmağa imkan vermir.

Baş verən bu xoşagəlməzliklərin kökündə məhz milli adət-ənənələrin həddindən çox xərcə başa gəlməsidir.

Toy yas məclisləri- şadlıq saraylarının, mərasim evlərinin sahiblərinin böyük gəlir mənbəyidir. Amma həmin obyektlərdən əldə edilən böyük gəlirlərdən qədər vergi verildiyinə baxanda, oradakı cüzi rəqəmi görən adamın tükləri biz-biz olur. Bu, başqa bir yazının mövzusu olduğuna görə, üstündən keçirəm.

Yəni dünyada hər şeyin dəyişdiyini dərk etməliyik, adət-ənənələri nizama salmaqla, həm xalqa yardım etməliyik, həm dünyanı özümüzə güldürməyə son qoymalıyıq. Bu xınabazların da klounluqlarına çox uymayın. «İrəvanski hakışdalarını» demirəm hələ. Xülasə güman edirəm ki, adət-ənənələrimizə yeni, müasir forma məzmun verməyin zamanı çoxdan çatıb. Ölkənin inkişafı ilə qədər çox öyünsək , xalqın səksən faizinin maddi durumunun ürəkaçan olmadığını da bilirik. Artıq diz üstə çökmüşük, ölkədən çörək arxasınca xaricə getməyə məcbur olanların dərdidə ki, çəkiləsi deyil. Millət deqradasiya həddinə düşüb. Hökumətimiz isə yalnız "uğurlardan", "əldə olunmuş böyük nailiyyətlərdən" dəm vurur, millətin faciəsini görməzdən gəlir. Hələ dözürük.

Dediyim budur ki, adət - ənənələrin sadə xalqın qazancına uyğun keçirilməsi dövlət tərəfindən nizamlanmalıdır. Bu sahədə olan boşluqdan istifadə edən işbazlar, hoqqabazlar, kəndirbazlar bu fağır camaatın olan-qalan cüzi imkanlarını da məqamdan istifadə edib, əlindən almasınlar.

Hökumət ağa unutmasın ki, bu sahədə qayda-qanun yaradılmasına məsuldur! Xalqı ölkədə istədiyi kimi meydan sulayan işbazların soymasından xilas etməyin yolunu tapmağa borcludur!

0.019320011138916