Aldığı verdiyindən çox olur

Aldığı verdiyindən çox olur
 

Yazılarımın qəhrəmanını yenidən tanıtmağıma ehtiyac yoxdur. E-Mail ünvanıma gələn məktubların sayından bilirəm ki, Gülnisə xalanı kifayət qədər tanıyanlar var. Hətta qonşularımız hərdən zarafatyana ona simsiz teleqraf da deyirlər, heç xətrinə dəymir. Mən isə ona həm müasir, həm keçmiş köhnə fikirləri özündə cəmləşdirən, hər şeyi yerində zamanında söyləməyi bacaran insan kimi yanaşıram. Hərdən həmdərdim, hərdən həmsöhbətim, həmfikirim olur.

Dünən yenə qarşılaşdıq, oturub xeyli söhbətləşdik. Baxmayın aramızdakı yaş fərqinin belə çox olmağına, çox vaxt dünyada ölkədə baş verənlərin xəbərini ilk ondan eşidirəm. Bu dəfə söhbətə maraqlı xəbərlə başladı. Deyir amerikalı milyarder, tviterin rəhbəri İlon Mask yazıb ki, “İnstagramsosial şəbəkəsində şəkillərə baxmaq insanları depressiyaya salır. Yəniİnstagraminsanların həyatını olduğundan daha yaxşı göstərir ki, bu da kasıb təbəqənin hisslərilə oynamaqdır. “Twitterisə oxucularını qəzəbləndirir. Mask da həmçinin. Deyir mənTwitter yazılanları oxuyanda gülürəm. Sonra da müqayisə üçün sual verib ki, “İnstagraminsanları depressiyaya salır, “Twitterisə onları qəzəbləndirir. Hansı daha yaxşıdır?

Gülnisə deyir mənə qalsa heç biri yaxşı deyil. Odur, Səudiyyə Ərəbistanında bir hüquq professoru da bu sosial şəbəkələrin qurbanı oldu. Bu da axşama qədər Hakkın adından moizələr oxuyan islam ölkəsinin çıxardığı axmaq qərarları... Əstəğfürullah Allahdan xəbərləri yoxdur. Bir vaxtlar bu professoru həbs etmişdilər. Dünən eşidirəm ki, indi "Twitter" "WhatsApp"dan istifadə etdiyi üçün ölüm cəzasına məhkum edilib.

Doğrusu Gülnisə xala  Aida əl-Qarnidən danışmasaydı dünyada belə bir islahatçı hüquq professorunun varlığından xəbərim olmayacaqdı. 

İndi oğlu həmin cinayət işinin təfərrüatını media ilə bölüşüb. Deyir  hakimiyyət alimi öz adı ilə (@awadalqarni) "Twitter" hesabından fikirini bildirmək üçün istifadə etdiyinə görə ittiham edib. Professor "WhatsApp"dan "Telegram"dan istifadə etdiyi üçün ittiham olunub.

Maraqlısı budur ki, Səudiyyə hökuməti dövlət tərəfindən idarə olunan investorlar son vaxtlar ABŞ sosial mediasında, o cümlədən "Twitter" "Disney" kimi şirkətlərdə paylarını artırıblar.Vallah bunları müqayisə etdikcə adam bu ədalətsiz dünyada heç yaşamaq istəmir qızım.

Gül kimi dünyamız varıydı, bu sosial şəbəkələr bizə verdiyindən çox alır, bunun harası yaxşıdı axı?

Bəli, əziz oxucularım, artıq günümüzü müasir texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Vaxt ötdükcə inkişafda olan texnologiya yeniliklərlə həyatımıza elə daxil olur ki, bir onda ayılırıq ki, ya işimizi asanlaşdırıb, ya da kiminsə həyatını Aida əl-Qarni kimi sonlandırıb. Bax, beləcə təzadlı məqamları ilə bildiyini işlədir. Amma bu asanlaşdırma  məsələsi özü təzadlıdır. Çünki bu müasir texnologiyaların Gülnisə xala demişkən birbaşa, yaxud dolayısilə zərəri xeyirindən çox olur bəzən. Düzdü, internetin, telefonun köməyilə  istədiyimiz məlumatı anında alırıq. Harada yaşamağımızdan asılı olmayaraq bu qurğuların köməyi ilə istənilən məlumatı əldə edə bilərik. Digər ölkələrin ictimai-siyasi, iqtisadi, sosial, mədəni həyatını, gündəmini izləyirik. Yaxud uzaqda yaşayan doğmalarımızla, dostlarımızla virtual -rüşürük. Bir sözlə, yeniliklərdən anında  xəbərdar oluruq. Uzaqda yaşayan əzizlərimizlə belə əlaqə rahat görünsə , bir addımlığımızda yaşayanlarla bağımızı kəsir, yadlaşırıq. Çox vaxt özümüzün iştirakçısına çevrildiyimiz bir məqamı deməsəm olmaz. Bəzən aylarla görmədiyimiz qohum-əqraba, dost-tanışlarınla bir araya gəldiyimiz zaman söhbət etmək yerinə hər kəs öz telefonu ilə məşğul olur. Dərd burasındadır ki, bunu təkcə gənc yaxud yeniyetmə yaşlarında olanlar eləmir, tanıdığım 70 yaşlılar var ki, süfrə qırağında da telefonu rahat buraxmır, bir əlində qaşıq, digər əlində telefon gününü başa vurur. Bax, bizi bizdən uzaqlaşdıran belə hallardır. Uşaqdan böyüyə bunu hamımız bilsək , vəziyyətə bir qədər soyuqqanlı, etinasız yanaşırıq.

Sağlamlığımıza da zərərlidir. Mediaya açıqlama verən həkim - nervopatoloq Qalib Əsədov bu faktı təsdiqləyərək bildirir ki, internet asılılığı göz yorğunluğu, bel ağrısı, baş ağrıları, stress, ürək ağrıları yaradır. Aludəçisinə çevrildiyimizFacebookisə depressiyaya yol açır.  Bundan əlavə internet asılılığı olan yeniyetmələr azyaşlı uşaqlar həm uzun müddət kompüter telefonla baş-başa qaldıqlarından başqaları ilə ünsiyyət qurmaqdan çəkinir, bir çox hallarda isə aqressiya nümayiş etdirirlər. İnternet asılılığından əziyyət çəkən məktəblilər isə dərs öyrənilməsində çətinlik çəkirlər. Ümumiyyətlə, beyinləri internet informasiyaları ilə yüklənən uşaqlar belə hesab edirlər ki, onlar məktəbdə öyrədilənlərdən daha çox şey bilirlər oxumaq onlar üçün maraqlı deyil.

 Bəli, həkimin dediyi kimi, müasir qurğuların xeyiri ilə yanaşı, yaratdığı problemlərdən biri cəmiyyətdə tez-tez müzakirə olunan mütaliə problemikitab oxumaqdan uzaqlaşmağımızdır. Nəşr olunan kitablar getdikcə tarixə qovuşur. Hər kəs istədiyi vəsaiti müasir elektron kitabxanalardan endirib oxuyur. Bu ilk baxışdan rahat görünür. Lakin kağızın  qoxusunu hiss edərək oxumağın yeri bir başqadır. Məni köhnə fikirli adam kimi görsəniz bu belədir.

Əsas demək istədiyim budur ki, elm texnikanın inkişaf etməsi hər birimiz üçün yaxşı haldır, amma qaydasında istifadə etməyəndə balans pozulur, passivləşirik, tənbəlləşirik. O ki, onlardan dünyamızı gözəlləşdirmək, özümüzü inkişaf etdirmək üçün istifadə etməliyik, sağlamlığımıza,  gümrahlığımıza xidmət edən vasitəyə çevirməliyik, evimizi yıxmağa deyil.

Şahnaz

0.026827812194824