Səadət Şıxıyeva: "Bu cür "əvəzolunmaz kadr" daha yüksək vəzifəyə gətirilməlidir"

Səadət Şıxıyeva:
 

Aparıcı elmi işçi Səadət Şıxıyeva:
Analoqsuz elmi mühitin bir parçası olmaq da bir ayrı dərddir. Heç bir istedadı, elmə, cəmiyyətə faydası olmayan, keçmiş irsə xəyanəti ilə "ün qazanmış" birinin saxtakarlıq, plagiat, kompilyasiya və lağlağılardan ibarət "əsər"lərini faktlarla və ardıcıl olaraq ifşa edirsən, yer-yerdən hücum edirlər, "dinmə, danışma, sus, balam" deyirlər... (Sabir deyirdi: "Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ"). Maraqlıdır, həmin adamların haqqı 23 il boyunca deyil, bircə dəfə tapdalansaydı, yenə də susardılarmı?

Yuxarıların reaksiyası isə daha "maraqlı"dır: bu cür "əvəzolunmaz kadr" daha yüksək vəzifəyə gətirilməlidir... Səbəblər çeşidlidir və suyu balıq tutmaq naminə bulandıranlar hələ də ixtiyar sahibidir. Elmin xarabalıqları üzərində saray görüntüsü yaratmaq təşəbbüsü isə ciddi elm adamlarının deyil, bir qrup harınlamış, bivec məmurun marağına xidmət edir...

"Paralel.az"

0.017561912536621