Qanunsuz ov edən 4 nəfər saxlanıldı

Qanunsuz ov edən 4 nəfər saxlanıldı
 

Polis əməkdaşları tərəfindən Salyan və Cəlilabad rayonlarında qanunsuz ov edən 4 nəfər saxlanılıb. Onlardan müxtəlif markalı 4 ədəd ov tüfəngi götürülüb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə yanvarın 9-da rayon sakini Z.Tağıyevin ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı  hadisə yerinə baxış zamanı oradan mərhum Z.Tağıyevə məxsus sənədsiz   “İJ-18”, həmçinin həmin vaxt orada olan T.Cəfərovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngləri aşkar olunaraq götürülüb.

Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb. 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

0.015442132949829