Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi - YENİLƏNİB 

Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi - YENİLƏNİB 
 

Daxili İşlər Nazirliyi xəstəxanaya yerləşdirilən Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətindən  Paralel.az-a verilən məlumata görə, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

***

18:36

Müsavat partiyasının hazırda həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi feysbuk hesabında məlumat paylaşıb.

T. Yaqublu 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında 30 sutka inzibati qaydada həbs olunub.

Bu gün həkim Adil Qeybulla təcridxanada Tofiq Yaqublu ilə görüşüb və onun səhhətini nəzərə alaraq xəstəxanaya köçürülməsinin vacibliyini vurğulayıb.

0.018892049789429