Məmmədlidəki yanğın sündürüldü - Yenilənib

Məmmədlidəki yanğın sündürüldü - Yenilənib
 
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.
 
Paralel.az bildirir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.
 
 
***
11:07
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
 
Paralel.az bildirir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
 
Əlavə məlumat veriləcək.

Məmmədlidəki yanğın sündürüldü -  Yenilənib

0.013783931732178