Bakıda 24 yaşlı qadını avtomobil vurub

Bakıda 24 yaşlı qadını avtomobil vurub
 

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Əliyeva Aydan Arif qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

0.014621019363403