Müəllimini sinifdə güllələyən oğlana silahı anası alıbmış

Müəllimini sinifdə güllələyən oğlana silahı anası alıbmış
 

ABŞ-nin Virciniya ştatının Nyuport Nyus şəhərində ibtidai məktəbdə müəllimini yaralayan 6 yaşlı şagirdin istifadə etdiyi silahı anasının aldığı məlum olub.

Şəhərin polis rəisi Stiv Dreu məktəb rəsmiləri ilə keçirdiyi mətbuat konfransında hadisə ilə bağlı bəzi detalları paylaşıb.

O bildirib ki, 6 yaşlı uşağın istifadə etdiyi 9 millimetrlik silah qanuni olaraq anası tərəfindən alınıb və hadisə baş verən gün səhər uşağın çantasında məktəbə gətirilib.

Müəllim sinifdə dərs dediyi zaman yaranan mübahisə zamanı oğlan çantasından tapançasını çıxararaq ona atəş açıb, atışmadan sonra məktəb işçisi sinfə gəlib və oğlanı nəzarətə götürüb.

Hadisə nəticəsində yaralanan müəllim 20-yə yaxın şagirdi sinif otağından çıxarıb.

Hadisənin “təsadüf nəticəsində” olmadığını təkrarlayan polis rəisi istintaq prosesinin davam etdiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ-də 2023-cü ilin məktəbdə ilk atışması kimi qeyd olunan hadisə yanvarın 6-da baş verib.

Güllələnən 25 yaşlı müəllim Ebbi Zverner ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, hadisə zamanı şagirdin xəsarət almadığı bildirilib.

Həmin gün saxlanılan uşağın odlu silahı necə əldə etməsi, silahın kimə məxsus olması, ondan istifadə etməyi necə öyrənməsi, onu məktəbə niyə gətirməsi ilə bağlı suallar cavabsız qalıb.//Oxu.az

0.038159847259521