Allah rəsulunun tibbi varmı?

Allah rəsulunun tibbi varmı?
 
 
Siracəddin Hacı:
- Allah Rəsulunun tibbi ilə bağlı çoxsaylı kitablar, məqalələr yazıldı, yazılır, yazılacaq, o, həkim kimi tanıdıldı, tanıdılır, tanıdılacaq, onun adından istifadə olunaraq tibb biznesi quruldu, qurulur, qurulacaq;
- Qaynaqları bir-bir araşdırdım, deyirəm ki, Allah Rəsuluna – ona aid, onun icad etdiyi bir tibb yoxdur, o, həkim deyil, insanlara tibbi şəfa vermək üçün seçilməmişdir;
- Cahiliyyə ərəbləri Allah Rəsulundan öncə də müalicə üsullarından istifadə etmişlər, bunların bir çoxu da onların deyil;
- Cahiliyyə ərəblərinin istifadə etdiyi müalicə üsullarının sayı qırx üçdür;
- Allah Rəsulu da bu qırx üç müalicə üsulunun qırx birindən istifadə etmişdir – heç biri də ona aid deyil;
- Məsələn, hacamatdan – qan aldırmaq üsulundan əski misirlilərin, şumerlərin, İsrail oğullarının... istifadə etdiyi bilinir. Cahiliyyə ərəbləri də, Allah Rəsulu da bu üsuldan istifadə etmişlər – ardıcıl olmasa da – Allah Rəsulunun davamlı hacamat etdirdiyi fikri doğru deyil;
- Sonrakı dönəmlərdə tibbi müalicə üsulları gəlir qaynağına çevrildi, o dönəmdə ən yaxşı reklam növü Allah Rəsulunun adından istifadə etmək, hədislər uydurmaq idi, duzunu satmaq istəyən duz, balını satmaq istəyən bal, hacamatdan pul qazanmaq istəyən hacamat, çörəkotundan gəlir əldə etməyə çalışan da çörəkotu ilə bağlı hədis uydurdu;
- Mən, məsələn, hacamatın xeyirli, ya da ziyanlı olduğunu demirəm, bunu müəyyən etmək həkimlərin işidir, deyirəm ki, bu müalicə üsulu – üsulları Allah Rəsuluna aid deyil, insanları Allahın Elçisinin adı ilə aldatmayın, Allahın O sizin üçün ən gözəl örnəkdir buyurduğu Rəsul xəstələrə həkimə getməyi tövsiyə etmişdir;
 
Paralel.az
 
0.029145956039429