Beyləqanda şəhid Toğrul Xudiyevin ailəsinin evi yanıb, ananın müraciətinə baxan yoxdur
Beyləqan rayon Qəhrəmanlı qəsəbə sakini, 44 günlük Vətən savaşının qəhrəmanı, şəhid Toğrul Xudiyevin ailəsinə məxsus ev yanıb. Məhz Şəhidimiz Vətən müharibəsinə həmin evdən yola salınıb.
Bu barədə şəhidimizin atası Prezident İlham Əliyevə və birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya video müraciət edərək, artıq 4 gündür ki, evlərinin yandığını və qarlı-çovğunlu soyuq hava şəraitində çöldə qaldıqlarını bildirir və onlardan kömək göstərməsini xahiş edir.
Bildirilir ki, indiyə qədər rayon icra hakimiyyəti onların vəziyyəti ilə nə maraqlanmayıb, icra başçısı şahid ailəsinı yalnız boş vədlər verib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Toğrul Xudiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
Qəhrəman şəhidimiz noyabrın 9-da elə Şuşa döyüşləri zamanı şəhid olub.
P. S. Asif Ağayev, heç olmasa hər ay pul yardımı etdiyiniz qazi və şəhid ailələrinin adlı siyahısından utanın! O siyahıda elə adlara rast gəldim ki, həqiqətən şaşırdım.
Bu barədə geniş yazı yazacam. Hələ ki, mövzu o deyil.
Ramin Qurbanov, jurnalist