Qurani-Kərimdə əsgər-ordu duası

Qurani-Kərimdə əsgər-ordu duası
 
Siracəddin Hacı:
- Allah buyurur ki, hərb elmini öyrənin, əsgərlərinizi, fiziki, ruhi, təchizat baxımından savaşa hazırlayın, orduya ən layiqli sərkərdəni başçı təyin edin, bilin ki, sayı az, ancaq nizamlı, təşkil olunmuş ordular sayı çox, ancaq intizamsız, başıpozuq ordulara qalib gəlmişdir. Əmin olun ki, Allah səbir edənlərlə - dirəniş göstərənlərlə bərabərdir. Sonra da düşmənlə üz-üzə gələndə Allaha belə dua edin:
- Ey Rəbbimiz, üzərimizə səbir – dirəniş gücü tök / yağdır – Rəbbəna əfriğ əleyna səbrən;
- Ayaqlarımızı sabit qıl – bizə elə bir cəsarət ver ki, ayaqlarımız titrəməsin – Və səbbit əqdəməna;
- Kafirlərə qarşı bizə yardım et – zəfər təminatlı yardım göstər – Vənsurna ələl qövmil kafirin; (Bəqərə, 2/250);
- Allah bu duada əsgər – ordu üçün zəruri olan üç dəyəri önə çıxarmışdır:
- SƏBİR – dirəniş gücü;
- CƏSARƏT – ağıl və duyğuları idarə etmək gücü;
- QƏLƏBƏ İNANCI – zəfərə yüzdə yüz əmin olmaq inancı;
EY HƏR ŞEYƏ QADİR ALLAHIM, ŞANLI AZƏRBAYCAN ORDUSUNUN SƏBRİNİ, CƏSARƏTİNİ, ZƏFƏR İNANCINI ARTIR! AMİN!
Paralel.az
0.061320781707764