Bakı İnzibati Məhkəməsi 1 aydır “Şəki dövləti” adından çıxardığı qərardadını verməkdən imtina edir

Bakı İnzibati Məhkəməsi 1 aydır “Şəki dövləti” adından çıxardığı qərardadını verməkdən imtina edir
 


Bir il qabaq Bakı İnzibati Məhkəməsində cavabdehlər DİN və ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı, 3-ü şəxs Maliyyə Nazirliyi olmaqla, “pensiyanın qanunvericiliyin tələblərinə uyğun hesablanması, MƏHKƏMƏ TƏMİNATI HÜQUQUNA QADAĞANIN ARADAN QALDIRILMASI, Prezidentə müraciətə görə 30 milyon tələb edilməsinə hüquqi qiymət verilməsi və dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə iddia qaldırıb,

(1.) tabur komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun , düzgün hesablanmış yeni hesablama vərəqinin DİN-dən ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi ;

(2.) işdənçıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, məzuniyyət – ezamiyyət pulunun , sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığım xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh DİN-in üzərinə qoyulması;

(3.) Prezident fərmanı və sərəncamı ilə müəyyən edilmiş toplam aylıq 40 manatın, NK-nın qərarı ilə 10 ildir artan ərzaq payı əvəzinə aylıq müavinətin, pensiyaya 20 faizlik əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması;

(4.) mənəvi ziyan olaraq cavabdeh DİN -in məndən tələb etdiyi məbləğin -30 milyon manatın DİN DQ-dən tutulub hesabıma ödənilməsi haqqında qərar qəbul edilməsini diləmişəm. Fərqləndirici şriftdən yararlanmağım məhkəmənin (hakim Orxan Həsənov) iddia tələbimi cavabdeh DİN -in artıq keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun sifarişi ilə saxtalaşdırmasından , ciblərinə uyğun formulə etmələrindən qaynaqlanır. Bəyəm məhkəmənin iddia tələbini özbaşına özünə uyğun göstərmək, cavabdehin (DİN) adını cavabdehlikdən çıxarmaq, 3-cü şəxsin adını , ümumiyyətlə, görməzliyə vurmaq hüququ, ixtiyarı var?

Hakimə etirazım da sədrə verilməyib və etirazımın sonucu da bilinmir. Süründürməçilikdən bezib qanunverici orqanın hüquq siyasəti və dövlət quruculuğu komitəsinə, Məhkəmə-Hüquq Şurasına müraciət etdim və 20.06.2022-ci ildəki mümkünlük iclasında iddia mümkün sayılaraq, cavabdehlər üzrə tələblərin ayrılması barədə qərardad qəbul edildi. Daha 3 ay keçdi və 5 noyabr 2022-ci ilə hazırlıq iclası təyin olundu, ağır durumda yataqda olduğumdan, 1-ci dərəcəli Qarabağ əlili kimi İPM-in 31.1-ci maddəsinə uyğun olaraq Konstitusiyanın 61-ci, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə əsasən dövlət hesabına vəkillə təminatıma vəsatət ver(miş)dim. Hakim Orxan Həsənov vəkilə ehtiyac olmadığını, özünün qanuna uyğun olaraq 1-ci dərəcəli Qarabağ qazisinə hüquqi yardım etməyə borcu olduğunu de(miş)di. Növbəti hazırlıq iclasının 12.12.2022-ci ilə təyin edilməsini 05.11.2022 tarixli sms-bildirişdən bildim.

10.11.2022-ci ildə elektron ünvanıma göndərdiyi 2 məktubla Orxan Həsənov İPM-in 13 və 48-ci maddələri əsasında mənə “hüquqi yardım” edəndə “ cavabdeh DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilova vəkillik etməsi bir daha bəlli oldu. Hakim iddia tələbimi saxtalaşdırıb, 15.02.2019 tarixli Şəki İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında qərardadının hələ də qüvvədə olduğunu və bu səbəbdən hazırkı iddia tələbimin əvvəlki ilə eyni olub-olmadığına , eyni deyilsə, 2011-ci ilə kimi iddia müddətini ötürməyim “hüquq yardım”ına məhkəmənin elektron poçtuna uyğun sənədləri qoşmaqla cavab verdim ki, 1-cisi, 15.02.2019-cu ildə Şəki İnzibati-İqtisadi Məhkəməsində qərar qəbul edilmədiyi, iclasın növbəti tarixə təyin edildiyi e-məhkəmə portalından sübut olunur ; 2-cisi, iddia tələbinin eyni olub-olmadığından asılı olmayaraq, Ali Məhkəmə Plenumunun “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015 tarixli 5 saylı qərarının 8.3 bəndi (“İDDİANIN MÜMKÜN SAYILMAMASI HAQQINDA QƏRARDAD, YENİDƏN MÜMKÜNLÜK ŞƏRTLƏRİNƏ ƏMƏL ETMƏKLƏ, EYNİ PREDMET ÜZRƏ İDDİA QALDIRMAQ İMKANINI İSTİSNA ETMİR”) iddiamı mümkün sayır; 3-cüsü, 20.06.2022-ci ildə mümkünlük iclası keçirilib və icraatın ayrılmasına qərar verilib və s.

12 dekabr 2022-ci ildə hakim Orxan Həsənov qərəzli sifarişlə iddianın mümkün sayılmaması haqqında qərardadını “Şəki dövləti” adından elan etməklə ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun 15.02.2019 -cu il tarixli Şəki İnzibati-İqtisadi Məhkəməsinin köhnə tarixə tərtib olunan “bic” qərardadının olduğunu bir daha qüvvəyə mindirdi. Hələ də - bir aydır - ən geci 5 günə verilməli olan qərardadın verilməsindən imtina edilir. Deyəsən, “Şəki dövləti” adından çıxarılan qərardad qətidir, şikayət verilə bilməz, təfsir oluna bilməz , yalnız ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qərardad kimi tövsif oluna bilər. Necə ki, təfsir olunur, hüquqi presedent qüvvəsindədir.
Artıq nöqtə qoyub, imzanı atmağın çağıdır. “İmza öncəsi”-
P.P: 15.02.2019-cu il tarixli “bic” qərardadın “ixtiraçısı”, “yiyəsi” İLQAR CABBAROV hüquq(suz) aktını Ali Məhkəmədə, Konstitusiya Məhkəməsində , Məhkəmə-Hüquq Şurasında elə “patentləşdirib” ki, 3 illik “rüşvət hakimliyi ödülündə” Xızı rayon məhkəməsinə sədr təyin edilib. (???)
Məğrur Bədəlsoy

Paralel.az

0.037811994552612