Allah doğru yolun ölçülərini açıqlayır
Siracəddin Hacı:
- Allahdan başqa heç bir varlığa əsla ilahlıq aid etməyin – heç bir şeyi Ona ortaq/şərik qoşmayın;
- Anaya, ataya gözəl/yaxşı davranın;
- Yoxsulluq qorxusu ilə - ruzinizə ortaq çıxar əndişəsi ilə uşaqlarınızı öldürməyin, belə ki, sizin də, onların da ruzisini Biz veririk;
- Açıq, ya da gizli sizi utandıracaq heç bir günaha yaxınlaşmayın;
- Haqlı bir səbəbə - əsasa bağlı deyilsə/olmadan, Allahın toxunulmaz qıldığı – saydığı insan həyatına qıymayın;
- Rüşd yaşına – məsuliyyətini qavradığı yaşa çatanadək onun xeyrinə olmadıqca yetimin malına toxunmayın;
- (Maddi, mənəvi hər məsələdə/sahədə) ölçüb-biçərkən – tərəzidə çəkərkən hikmət və haqqaniyyətə - ədalətə əməl edin;
- Biz insana gücünün yetdiyindən artığını yükləmərik;
- Biri haqqında danışdığınız zaman yaxınınız da olsa, ədalətli olun;
- Allaha verdiyiniz sözü yerinə yetirin – vədinizə sədaqət göstərin;
- Bütün bunları Allah sizə ona görə əmr etdi ki, məsuliyyətinizi ağlınızdan çıxarmayasınız;
- (Bax) Mənim dosdoğru yolum budur, o halda, (məhz) bu yola tabe olun, fərqli yollara tabe olmayın ki, sizi Onun (Allahın) yolundan uzaqlaşdırmasınlar!; (Ənam, 6/151-152)
Paralel.az