Silahlı şəxslər universiteti atəşə tutdu: Xəsarət alan var
Bu gün naməlum şəxslər İranın paytaxtı Tehranda yerləşən “Əllame Təbatəbai” Universitetini atəşə tutub.
Paralel.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum edən şəxslər universitet işçilərindən birinə atəş açaraq hadisə yerindən qaçıblar.
Məlumata görə, yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.
Qeyd olunub ki, atəş açan şəxsin üzü maskalı olub.
Cinayətkarların kimliyi hələ də müəyyən edilməyib.