Bundestaq: "Ukraynanı "Leopard"larla təmin etməliyik"
Almaniya Ukraynaya təkcə “Marder” piyada döyüş maşınları deyil, həm də “Leopard” tankları göndərməlidir.
Paralel.az xəbər verir ki, bunu Bundestaqın vitse-prezidentləri Katrin Herinq-Ekhardt və Volfqanq Kubiki “Hamburger Abendblatt” nəşrinə bildirib.
Herinq-Ekhardtın Almaniyanın Ukraynaya piyada döyüş maşınlarının tədarükü ilə məhdudlaşmasını səhv adlandırıb.
“Biz əlimizdən gələni etməli və Ukraynanı təmin etməliyik. Bu, “Leopard” tanklarına da aiddir”, – deyə o əlavə edib.
Vitse-prezident Kubiki həmkarının bu fikrini dəstəkləyib, lakin o qeyd edib ki, bu addımlar NATO müttəfiqləri ilə razılaşdırılmalıdır.
Qeyd edək ki, yanvarın 6-da kansler Olaf Şolts Berlinin “BMP Marder” və bir “Patriot” hava hücumundan müdafiə sistemini Ukrayna ordusuna təhvil verəcəyini açıqlayıb.