Qardaş bacısını zorladı, uşağı oldu - Qubada

Qardaş bacısını zorladı, uşağı oldu - Qubada
 

Onlar Quba rayonunda iki mərtəbəli evin 2-ci mərtəbəsində yaşayıblar:

“Otaqların birində mən, qardaşım və bacım yatmışıq, digər otaqda isə atam və ögey anam yatıblar. 2022-ci ilin mart ayının sonlarında, axşam saat təxminən 20 radələrində işdən evə gəldim. Evdə təkcə bacım Südabə olmuşdu. Atam, anam və qardaşım ögey xalam Yasəməngilə qonaq getmişdilər. Bacım ilə birlikdə çörək yedik. Bundan sonra bacım yatmağa getdi.

Saat 21 radələrində hal-hazırda hərbi xidmətdə olan dostlarım Füzuli və Vasiflə görüşmək üçün evdən məhəlləyə çıxdım. Məhəllədə təxminən bir saat dostlarım ilə vaxt keçirdikdən sonra evə qayıtdım. Təxminən saat 23-də atamgil evə qayıtdılar. Bir qədər atamgillə söhbət etdikdən sonra bacım yatan otağa yatmağa getdim. Yerdə döşəyin üstündə yatmışdım. Səhər yuxudan oyanıb atam ilə birlikdə işə getdim”.

“Bacımın uşaq doğması xəbərini eşitdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci il aprel ayının sonlarında hərbi xidmətə gedib: “Hərbi xidmətdə olarkən 2022-ci ilin dekabr ayında bacımın uşaq doğması xəbərini eşitdim. Bacım ilə münasibətim həmişə yaxşı olub. Bacı-qardaş kimi bir-birimizi çox istəmişik.

Bacımı zorlamamışam, bacım ilə cinsi əlaqədə olmamışam, bacıma qarşı heç bir əxlaqsız hərəkət etməmişəm. Əgər Südabəyə qarşı hansısa bir əxlaqsız hərəkət etmişəm və onu qorxudaraq bu hərəkət barədə heç kimə deməməyimi tapşırmışdımsa hərbi xidmətdə olarkən valideynlərimə deyərdi. Bacım yalan danışır, üstümə şər atır. Bacımın mənə böhtan atmasının səbəbini bilmirəm. Bacımın başqa bir oğlanla görüşdüyünü görməmişəm və eşitməmişəm”.

Zərərçəkmiş qız daha sonra ifadəsində qeyd edib ki, 2022-ci ilin aprel ayının sonlarında Seymur Bakı şəhərinə hərbi xidmətə gedib: “Qardaşım məni öldürməklə hədələdiyi üçün qorxumdan heç kimə bu barədə bir söz demədim.

Bir neçə aydan sonra yay aylarında qarnımın şişməyə başlamasını hiss etdim. Uşağın necə əmələ gəlməsini, kişi ilə qadının cinsi əlaqədə olması nəticəsində uşaq əmələ gəldiyini bilməmişəm. Ona görə də qarnım şişdiyi üçün kökəldiyimi zənn etdim. Uşağım olacağını bilməmişəm. Ögey anam kökəldiyimi dedi.

2022-ci ilin dekabr ayının 10-da yatan vaxtı qarnımdan ağrılar, sancılar hiss etməyə başladım. Qarnımın yeməkdən ağrıdığını zənn etdim. Səhər ağrılar artdığı üçün analığıma bu barədə dedim. Analığım atama zəng etdi, ağrılarımın olmasını dedi. Atam evə gəldi.

Birlikdə Quba rayon mərkəzi xəstəxanasına gəldik. Xəstəxanada müayinə edildikdən sonra həkimlər hamilə olduğumu, uşağım olacağını dedilər. Valideynlərim kiminlə yaxınlıq etdiyimi soruşdular. Əvvəl deməyə qorxdum. Lakin valideynlərim məni danlayandan sonra qardaşım Seymurun mənə qarşı etdiyi hərəkətləri danışdım”.

olmasını və hərbi xidmətdə olduğu üçün də tutulmayacağını güman etdiyi üçün öz ifadələrində Seymur ərəfindən zorlanmasını göstərib”.

“Elmar sevgilim olub, məni zorlamayıb”

Sabir Əliyev daha sonra bildirib ki, hadisədən bir müddət sonra arvadı ilə birlikdə qızının yatdığı çarpayının altından üzərində “sevgilim Elmar” sözləri yazılmış kağız parçası da tapıblar. Südabə Əliyeva məhkəmədə verdiyi əlavə ifadəsində bildirib ki, hadisə baş verən ərəfədə 14 yaşı təzəcə tamam olduğu üçün kişi ilə qadının cinsi əlaqədə olmasının mahiyyətini dərk etməyib: “Kişi ilə qadının cinsi əlaqədə olması nəticəsində uşaq əmələ gəldiyini bilməmişəm. Eyni zamanda qardaşım Seymur məni zorladıqdan sonra öldürəcəyi ilə hədələyib. Qorxumdan bu barədə heç kimə bir söz deməmişəm. Yatdığım çarpayının altından üzərinə “sevgilim Elmar” sözləri yazılmış kağız parçası mənə məxsus olub. Həmkəndlim Elmarı həqiqətən də sevmişəm. Elmarla bir dəfə həyətimizdə görüşmüşəm. Elmar üzümdən öpüb. Lakin heç bir zaman Elmarla hər hansı bir əlaqədə olmamışam. Elmar sevgilim olub, məni zorlamayıb. Mən qardaşım Seymuru çox istəyirdim. Heç kəs məcbur edə bilməzdi ki, qardaşıma böhtan atım. Qardaşım da, atam da yalan danışır”.

Cinayət işinin materiallarına görə, doğulaan qızın qan qrupunun yoxlanılması məqsədlilə məhkəmə tibbi-bioloji ekspertizası keçirilib. Ekspertizanın rəyinə görə, Südabənin dünyaya gətirdiyi qız uşağı qardaşı Seymurdan olub, onun atalıq faktı təsdiq edilib.

Məhkəmənin hökmü ilə Seymur Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

0.082448959350586