Nizami Gəncəvinin cəsarət anlayışı deyir ki…

Nizami Gəncəvinin cəsarət anlayışı deyir ki…
 

Siracəddin Hacı:
- Nizami cəsarət anlayışını dövlət idarəçiliyinin, güclü şəxsiyyət olmağın, inkişafın əsaslarından biri kimi tanıdır;
- ədalət, mərhəmət, hakimiyyət istəyən cəsur olmağa məcburdur;
- cəsarət xalqın sevgisini qazandırar;
- ictimai rəyə güclü təsiri olan nemətlərdən birinin adı cəsarətdir;
- köklü dəyişim cəsarətsiz gerçəkləşməz;
- ağıl və cəsarət nemətlərə yol açar;
- dəyişimin cəsur liderlərə (siyasi, mənəvi) ehtiyacı var;
- hər köklü dəyişim ağrılı, acılı, çətin olur, bədəl istəyir, əmək, zaman, qaynaq tələb edir;
- cəsarət, cəsur lider (lər) olmasa, dəyişim gerçəkləşməz;
- cəsarət nemətə, xeyrə, bərəkətə, saleh əməllərə yol açar;
- hakimiyyət çox böyük nemətdir, cəsurları sevir;
- xalq cəsarəti olanın arxasınca gedər;
- cəsarət ölümdən qorxmamaq deyil, ölümün varlığını bilə-bilə üstünə getməkdir;
- cəsarət təhlükə qarşısında ağıl və duyğuları idarə etməkdir;
- cəsarət ağılı, qəlbi, ruhu, iradəni qorxunun köləliyindən azad etməkdir;
- azad olmayan cəsur olmaz;
- cəsarət mənəvi gücdür;
- cəsarət Allahın yardımına yol açar;
- cəsarətin sınaqdan keçirilməsi üçün böyük qorxuya – təhlükəyə ehtiyac var;
- cəsarət risk almaqdır, risk içində həyat və ölüm, qazanc və itki olan anlayışdır, risk etməyən böyüməz;
- həqiqəti görmək, onunla üzləşmək, qəbul etmək cəsarətdir;
- cəsarət itirməkdən qorxmamaqdır, qorxan itirər;
- xəyanətin səbəbi qorxaqlıqdır;
- təcrübə, inam, güvən cəsarəti gücləndirir;
- rəqibi/düşməni tanımaq cəsarəti artırır;
- cəsarət duyğulara hakim olmaq, onları idarə etməkdir;
- cəsarətlə qohum anlayışlar bunlardır: ağıl, iradə, duyğu, sədaqət, səbir, fədakarlıq, inanc, əmək, güvən, bacarıq, müəllim, hədəf, təcrübə, sevgi, haqlı olmaq, mənəvi təmizlik;
- işi bilmək cəsarət verir;
- Nizami cəsarəti anadangəlmə (hazır) dəyər kimi tanıtmır (o, toxum kimi var), ağıl, iradə, səbir, tərbiyə, əmək, təcrübə, bilgi ilə qazanılmış nemət kimi tanıdır;
- siyasi, iqtisadi, mədəni, fikri, əxlaqi inkişafın əsaslarından biri cəsarətdir;
- ağıl, iradə və vicdandan ilahi təyinatına – fitrətinə uyğun istifadə etmək cəsarətdir;
- nemət nə qədər böyükdürsə, təhlükə də o dərəcədə böyükdür, neməti əldə etmək böyük ağıl, iradə, cəsarət, səbir, əmək, təcrübə istəyir;
- təkəbbür tədbiri yox edər;
- təkəbbür, cəhalət, təcrübəsizlik məğlubiyyətə yol açar;
- təkəbbür nemətin geri alınmasına səbəb olar;
- çətinlik, acı, imtahan öyrədər, tərbiyə edər, seçər, üstün qılar, böyüdər;
- hər kəs fitrətinə, yaradılış təyinatına uyğun işlə məşğul olmalıdır, uğurun açarı bunlardır: özünü tanı, uyğun olduğun işi seç, çalış, cəsur ol;
- məğlublar qalibləri böyük görər;
- Nizami deyir ki, dövlət başçısı ciddi tərbiyənin məhsuludur, onu özəl müəllimlər yetişdirməlidir;
- Allahın hakimiyyət qanunu/qədəri var, O, böyük neməti haqq edənə verər;
- cəsarət başına tac qoyanda qorxaqlıq taxtdan düşər;
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH AĞLIMIZI, İRADƏMİZİ, VİCDANIMIZI, CƏSARƏTİMİZİ ARTIRSIN, GÖZƏL İNSANLAR!

Paralel.az

0.036257982254028