Bir neçə fiziki və hüquqi şəxsin aktivləri dondurulacaq

Bir neçə fiziki və hüquqi şəxsin aktivləri dondurulacaq
 

Türkiyə və ABŞ İŞİD terror təşkilatına maliyyə yardımı etdiyi aşkarlanan 5 fiziki və 2 hüquqi şəxsin aktivlərinin dondurulması barədə qərar verib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün Türkiyə bir sıra addımlar atmağa və bu məsələdə beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı davam etdirməyə qərarlıdır. 

Türkiyə Xəzinə və Maliyyə Nazirliyi də məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırıb.

0.03787899017334