Prezidentlər sülh prosesini müzakirə ediblər
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Zelenski tviter səhifəsində yazıb.
Söhbət zamanı müzakirə mövzularından biri Rusiya Federasiyası ilə Ukrayna arasında sülh prosesində Ankaranın vasitəçiliyi olub.
"Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım. Biz təhlükəsizlik sahəsində əməkdaşlıq, əsirlərin mübadiləsi, “taxıl dəhlizi”nin inkişafını müzakirə etdik. Türkiyənin bizim “sülh formulu”nun həyata keçirilməsində iştirak etməyə hazır olduğunu eşitmək məni çox sevindirdi”, - deyə Zelenski əlavə edib.