Kim Çen In keçmiş xarici işlər nazirini dar ağacından asdırıb

Kim Çen In keçmiş xarici işlər nazirini dar ağacından asdırıb
 

Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yon Ho 2022-ci ildə edam olunub. Azpost.info xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti mənbələrə istinadən yazır.

Onunla yanaşı daha bir neçə keçmiş Şimali Koreya diplomatının da edam edildiyi bildirilir.

Ölüm cəzasının tətbiqinə konkret nəyin səbəb olduğu məlum deyil. Yalnız edam edilənlərdən bəzilərinin Şimali Koreyanın Böyük Britaniyadakı səfirliyində işlədiyi məlum olub.

İddialara görə, edamlar Şimali Koreya Xarici İşlər Nazirliyinin ölkədən qaçmağı planlaşdıra biləcək digər əməkdaşlarına psixoloji təsir göstərmək məqsədi daşıyıb.

Li Yon Ho Şimali Koreyanın xarici işlər naziri vəzifəsindən 2020-ci ilin yanvarında istefa verib. Onu bu vəzifədə Ri Son Qvon əvəzləyib.

Şimali Koreyada zaman-zaman diplomatlarla bağlı qalmaqallar yaşanır. Ən səs-küylü hadisələrdən biri 2016-cı ildə ölkənin Britaniyadakı səfirinin müavini Tae Yon-honun Cənubi Koreyaya köçməsi və sığınacaq alması zamanı baş verib. Şimali Koreya hakimiyyəti onu maliyyə mənimsəməkdə və azyaşlılara təcavüzdə ittiham edib.

0.026963949203491