“Nakam ömürlü Şəhidim”

“Nakam ömürlü Şəhidim”
 

Gəlin, şəhid Nəbibi Füzuli Nizami oğlunun qısa amma olduqca şərəfli ömür yolu ilə tanış olaq. O, dünyaya gələndə Birinci Qarabağ müharibəsi bitmişdi.
1995-ci il 8 mart Beynəlxalq Qadınlar Günü. Gənc Nizami bu gün həyat yoldaşına ilk 8 mart hədiyyəsini almaq istəyirdi, almaqda aciz deyildi, lakin elə bir hədiyyə almaq istıyirdi ki, həmən hədiyyə heç vaxt unudulmasın. Həyat yoldaşı onun aldığı hədiyyəyə baxanda özünün necə dəyərli insan olduğunu hissetsin.
Həmən gün gənc ana hədiyyənin ən gözəli ilə, qiyməti hesaba gəlməyən möcüzə dolu hədiyyə ilə mükafatlandırıldı. Gənc ana bu gün ilk dəfə ana adını daşımağa layiq görüldü.Bu övlad həmən gün üçün Azadə xanıma tanrının ən böyük lütfü idi.Gənc ananın bəxtəvərlikdən uçmağa qanadı yox idi.O dünyaya gətirdiyi ilk övladını qolları arasına alanda özünü cənnətdə sandı.Dünyanın ən bahalı hədiyyəsi onun iki qolları arasında özünə möhkəm yuva salmışdı. Yenicə dünyaya gələn övlada Kərbübəla aşiqi dahi şair Məhəmməd Füzulininşərəfinə Füzuli adı verilir. Füzulidən sonra bu ailədə iki oğlan övlad dünyaya gəlir Məhəmməd və Samir.
Füzuli uşaq yaşlarından anasının həm sevimli övladı həm də sir yoldaşı olur.Bu uşaqdan həyatda bir insan incimir.O doğru-düzgün danışığı ilə hamıdan fərqlənən,çox sakit ,doğmalarını,qohumlarını ürəkdən sevən,onlara xüsusi hörmət bəsləyən insan olub.Bu insanın qəlbində kin-küdurətə heç bir zaman yer olmayıb.Onu üzən insanlarla küslü qalmağa deyil bağışlamağa üstünlük verərmiş. Necə deyərlər ona gül atan insana da,kül atan insana da gül hədiyyə edib.O ömür sürdüyü iyirmi beş il ərzimdə bir dəfə olsun günah etməyib.Onun həyat yolu ilə tanış olduqca mənə elə gəldi ki,o göydən yerə xüsusi missiyanı yerinə yetirmək üçün enmiş mələyə bənzərmiş.Və bu missiyanin vaxtı bitdikdən sonra o yenidən göylərə çəkilən mələyə çevrilir.
Füzuli məktəb yaşına çatanda Cəlilabad rayon 8 saylı Tam Orta məktəbin şagirdi olub.Onun haqqında tarix müəlliməsi Elmira xanım Ağayeva üçün danışmaq çox çətin olsada müəllimə Füzuli haqqında bunları söylədi.
-Şəhidin var Cəlilabad Həbibi Füzuli Nizami oğlu,məkanıncənnət olsun! Sosial şəbəkələrdə bir sətir yazını oxumağa mənim gücüm yetmədi.Bir anın içində əllərim əsdi,ürəyim sancdı,gözlərim qaranlıq çaldı.Füzuli mənim orta məktəbdə dərs verdiyim müddət ərzində ən çox sevdiyim şagirdlərdən biri olub.Hamımıza bəllidir ki,sevilən şagird müəllimlərinin yaddaşından heç bir zaman silinməz.Onun anası Azadə xanım da mənim şagirdim olub.O da sevilən heç bir zaman unudulmayan valideyinlərinə xüsusi hörmət bəslədiyim tərbiyəli və səmimi şagirdim olub.
- Bir müəllim kimi onların yəni Füzulinin böyüyüb başa çatdığı və tərbiyyə adığı ailə üçün bunları söyləyə bilərəm.Özülü möhkəm olan ailə kiçik dövlət böyük məktəbə bənzər.Azadə xanım həqiqətən övladına gözəl tərbiyyə verən və ovladının qayğısına qalan əsl ana olub..Onun şəhid xəbərinə üzüldüyüm qədər də onunla fəxr etdim..Neçə il dərs verdiyim olduqca sakit təbiətli bir uşağın cəbhədə belə şücaət göstərməsi bir tarix müəllimi kimi məni çox qürurlandırdı. Füzuli təhsil aldığı illər ərzində çox fəallıq göstərərdi, məsuliyyətli və çalışqan idi.Mehriban və səmimi olduğu üçün dostları onu çox sevərdi. Zarafatı çox sevər və heç bir zaman edilən zarafatlara etirazını bildirməzdi.
-Mənim sevimli şagirdim Füzuli vətən sevgisini bütün sevgidən üstün tutdu.O yenicə nişanlanmağına baxmayaraq nişanlısından,valideyinlərindən ayrıldı və cəsarətlə döyüşlərə qatıldı. Füzuli Cəlilabad rayonunda dünyaya gəlmişdi.Amma Qarabağ torpağının vurğunuydu.Onun kiçik amma dağ boyda ürəyinə yerləşən bu sevgidən tarix müəlliməsi kimi mən də bixəbərdim.Hər gün Füzuli haqqında düşünürəm və öz-özüsmə sual verirəm. –Bəlkədə Qarabağı ona tarix müəlliməsi kimi sən sevdirdin?
2012- ci ildə orta məktəbi bitirən Füzuli sənədlərini Ali məktəbə təqdim etsədə arzusuna qovuşmur.Necə deyərlər ilk arzusu daşlara toxunub cilik-cilık olur.Hamımıza bəllidir ki,Kərbəlayi Nizami və övladları rayonda xeyirxah işlərləməşğul olan insanlardır.Özlərinin mağazaları var.

Rayonda övladlarına toy nişan edən insanlar hər zaman onlara müraciət etməli olurdular.Yəni bütün insanlar onlara bu əməlləri üçün yalnız dualar edərdilər.
- Kəlbəlayı,Allah sənin də övladlarına bu sevincli günlərdən qismət etsin.Biz də gəlib Sizin övladlarınızın toylarında ürəkdən iştirak etməyi nəsib etsin.Ali məktəbə qəbul olmayan Füzuli atasının yanında əmək fəaliyyətinə başlayır. 2013-cü ilin aprel ayında Füzuli Həqiqi Hərbi xidmətə çağrılır.Onun hərb yolu Azərbaycanın Şimal-qərb rayonlarından yəni Zaqatala- Baləkən rayonlarında xidmət etməklə başa çatır.2015-cü ildə hərbi xidməti uğurla başa vuran Füzuli Cəlilabada öz evlərinə geri dönür.Onun arzusu hərbiçi olmaq idi.Amma atası onun bu arzusuna etiraz edir. 2016-ci ildə tarixə Aprel döyüşləri kimi yazılan bu döyüşlərə qatılmaq istəyən Füzuli və digər qardaşları könülü cəbhəyə getmək üçün hərbi Komissarlığa ərizə ilə müraciət edirlər.
Artıq atasının arxa-dayağına çevrilmişdi Füzuli.Qardaşlarının bütün ehtiyaclarını özü yoluna qoyardı.Ailənin böyük övladı olduğu, üçün əvvəlcə, o ailə həyatı qurmalıydı.Valideynlərininvə öz arzusu ilə həyətlərində olan boş həyətyanı sahədə onun üçün ev tikməyə başlayırlar.Evin bütün layihəsini özü tərtib edir.Ustalarla birgə o da bu evin başa çatmasında çalışır. Sevdiyi qız var idi artıq onlar nişanlanmışdılar.Bütün valideynlər kimi Nizami atanın da ən böyük arzusu oğluna elə bir toy etmək idi ki,o toyun sədası heç bir zaman insanların qulağından getməsin.Amma atanında övladın da bu arzusu ürəylərində qaldı.Zalım fələk yenə oyun oynadı.Min bir xeyir və dua ilə tikilən evin ilk qonaqları toya deyil şəhid Füzuli ilə vidalaşmağa gəldilər. Füzuli haqqında söz söyləmək onun on bir illik sinif yoldaşı Həsən Kazımov üçün də asan olmadı.O danışdıqca səsi titrəyir,gözləri nəmlənirdi.
-Füzuli butun gozəl xüsusiyyətləri Özundə cəmləşdirən nur uzlu, saf urəyli gənc idi. Biz həm sinif yoldasi həm də sadiqdost idik. Hər zaman axtarib maraglanan can yandıranqardaşımız idi. Hec kim haqda pis danışmaz, kiməsə qarsi bir pis niyyəti olmazdi. Daim deyib-gülən pozitiv xarakteri var idi. Mən elə bilirəm ki, o yenə rayondadir magazada isləyir. Her sey anidən oldu, hər ogul onun kimi urəyli davranib vətən üçün hər nə var arxada qoyub gedə bilməzdi. Məhz Füzuli kimi qardaslar bunu bacardı. Nə qədərdə pis olub qəhərlənsəkdə bir o qədərdəfəxr edirik ki, bizim belə dostumuz var idi.
29 Sentyabr 2020-ci il döyüş bölgəsinə könüllü yollanan Füzuli daima valideyinləri ilə telefon əlaqəsi saxlayır.Min bir əzablara qatlaşaraq Cəbrayıl,Füzuli,Qubadlı- Şuşa istiqamətinə qədəruğurlu döyüş yolu keçir.Qələbə gününə dörd gün qalmış Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.Soyuq silah,mənfur düşmən,erməni qəsbkarının nişan aldığı soyuq güllə onun isti qəlbini susdurmağı namərdcəsinə bacarır.Uşaqlıqında söylədiyi kimi, seçilmiş insanlardan biri olub şəhadət şərbətini içir.Yaşlı nənənələrin bir deyimi vardı.bu gün bir yuvanın işığı mənən söndü.Övladının toyunda oynamağa hazırlaşan ana ilk dəfə oğlu üçün ağı söyləyir. Ana ürək dağlayan səslə:
- Can ay bala,düşmən gülləsi səni yaralayanda qəlbindən nələr keçdi?Allah heç bir anaya övladı üçün, ikinci dəfə lay-lay çalmağı nəsib etməsin. Oğlum dünyaya gəldiyi gündən bir ana kimi oğlumla bağlı xəyallar qurardım.Oğlum ilk addımını necə atacaq, ilk söylədiyi söz nə olacaq,ilk dəfə əlinə çanta alaraq o çantanın ağırlığına tab gətirərək məktəbə necəyollanacaq? Dərslərini necə oxuyacaq?Oğlum üçün necə qız bəyənəcəm?Qurduğum xəyallarım hamısı həqiqətə çevrildi. Amma zalım müharibə bütün arzularımın üzərinə qara örtük sərdi.
- .Oğlundan hər zaman fəxirlə-fəxarıtlə söz açan ana həmən gündən sonra yalnız oğlunun şəkilləri ilə dərdləşir.Oğluna qovuşacağı günün xəyalı ilə yaşayır.Min bir arzuyla tikilən ev,oğlu üçün seçilən bəy otağı Şəhid müzeyinə çevrilir. İnsanlar hər gün dəstə-dəstə bu muzeyi ziyarətə gəlir.
- Ölmündən alti ay sonra özü cavan qalan amma hər il yaşı üzərinə yeni yaş gələn Füzulinin 26 yaşı tamam oldu.Həməngün Füzuli sevənlər onun qəbrini ziyarətə gəldilər.

Bütün insanların toy günü üçün gül çələngləri hazırlayan Nizami ata həmən gün oğlunun məzarı üstünə güllərlə 26 rəqəmi yazılan əklillər gətirir.Həmən gün bu mənzərini görən atanın beli yenidən bükülür.Oğul çiynində məzara atalar gedər amma 44 gün sürən İkinci Qarabağ Savaşı bu ənənəni çox pis pozdu.44 gün ərzində ataların çiyinlərində gedən oğullar qəbr evinə təhvil verildi.Bu mənzərəni uzaqdan seyr etmək insanlara çətin gəlirdi.
- 6 Noyabr 2022-ci il Şəhidimizin ikinci Anım günü idi.Bu gün Qəhrəmanımızın EV-MUZEYİNİN açılışı oldu.Bu açlışda tanınmış yazarlar,şairlər, Şəhidlik şərbətini içib hamını göylərdən seyr edən şəhidimizin döyüş yoldaşları,şəhid valideynləri iştirak edirdilər. Həmən gün orada olan insanlar Füzulinin keçdiyi döyüş yolundan fəxirlə söz açdılar və sonda bunları söylədilər.
- “ŞƏHİDLƏR ÖLMƏZ,VƏTƏN BÖLÜNMƏZ.QANLA YAZILAN TARİX HEÇ BİR ZAMAN SİLİNMƏZ!!!!

Natəvan Məlikova, "Paralel.az"

0.015827178955078