"Moskva dəhlizə görə Bakı ilə müharibəyə başlamaz" - Erməni politoloq
“Laçın dəhlizi mütləq nə vaxtsa açılacaq. Bunun nə vaxt oreallaşacağını dəqiq bilmirəm. Amma yolu açacaqlar. Bəlkə də dəhliz Yeni il bayramından sonra işlək olacaq. Hazırda sual budur ki, yolun əvvəlki kimi nəqliyyata açıq olması üçün hansı güzəştlər olacaq. Başa düşməliyik ki, bu, sonuncu blokada hadisəsi olmayacq”.
“Laçın dəhlizi uzun müddət bağlı qalacaq" - Erməni ekspert |
İskəndəryan iddia edib ki, guya hazırkı proseslərdə Azərbaycan qırmızı xətlərin harada olduğunu yaxşı bilir.
- Neçə dəfə olub ki, ermənilər öldürülüb amma cəzasız qalıblar. Ancaq əgər sülhməramlı ölsə, Rusiya buna reaksiya verəcək. Moskvanın indi Qarabağla bağlı problemlərə vaxtı yoxdur. Bundan əlavə, biz vəziyyətə baxıb, bundan dərs çıxarmalıyıq. Gəlin bir məsələyə diqqət edək. Qarabağda 2000-ə yaxın rus sülhməramlısı var. Onların ətrafında isə 50000 azərbaycanlı hərbçi toplanıb. Rusiya sərhədçilərinin və Gümrüdə yerləşən hərbi bazanın olmasını nəzərə alsaq belə, bu bərabər gücə kifayət etmir. Və tankların Rusiya-Azərbaycan sərhəddini keçərək Dərbənddən Xaçmaza tələsəcəyini, hərbi yük daşıyan təyyarələrin isə Abşeron yarımadasına yaxınlaşacağını təsəvvür etmək məsələyə ciddi yanaşma deyil, - İskəndəryan vurğulayıb.